Yaddas kitabcasi

Şəhid ailələri ilə görüş keçirilib

Şəhid ailələri ilə görüş keçirilib                                 Dövlət qayğısı əhatəsində olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi müntəzəm görüşür, özlərinin, övladlarının problemlərinin həllinə nail olur. 8 Mart –“ Beynəlxalq Qadınlar günü ərəfəsində RİH-də şəhid ailələrinin iştirakı ilə keçirilən bayram tədbiri də razılıqla qarşılanıb.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qadınlar bayramı münasibətilə şəhid ailələrini təbrik edib, onlara övladları ilə birgə xoşbəxtlik, səadət, möhkəm can sağlığı, həyat yoldaşları səviyyəsində vətənpərvər gənclər tərbiyə etməyi, hər bir zaman üçün ümidli olmağı arzulayıb. Qeyd edib ki, dövlət hər bir şəhid və əlil ailəsinin qayğısını çəkir, onların övladlarının təhsili üçün lazımi şərait yaradır, mənzil ehtiyaclarını ödəyir. Ailələr böyüyür. Г‡alışacağıq ki, sosial mənzillər tikilməsinə nail olmaqla şəhid ailələrində yeni yaranan ehtiyacları da ödəyək.
Şəhid xanımlarını İsmayıllı rayon məhkəməsinin sədri Rəfayel Şirinov, Dövlət Təhlükəsizlik Xidməti İsmayıllı Rayon Şöbəsinin rəisi Fəxrəddin Babayev, Rayon Polis Şöbəsinin rəisi Telman Ağasıyev, Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidməti İsmayıllı Şöbəsinin rəisi Xamis Bədəlov, QMƏVŞA ictimai birliyi İsmayıllı rayon filialının sədri Vidadi Zərbiyev, YAP rayon təşkilatının sədri Sevil Əhmədova və dövlət qulluğu veteranı Valeh Salehov da səmimiyyətlə təbrik ediblər.
M.Sadıqov hər bir iştirakçını dinləyib, mövcud problem və ehtiyacları öyrənib, bunlarla bağlı həyata keçirəcəyi tədbirlər barədə iştirakçılara məlumat verib.
8 Mart –“ Beynəlxalq Qadınlar günü münasibətilə görüşdə iştirak edən xanımlara bayram hədiyyələri təqdim edilib.
Gülnarə Mirzəliyeva

Şərh Yaz