“Dağ çiçəkləri”

“Dağ çiçəkləri”Qum saatıdır

Bir ömür yaşarıq səbrimiz üstə,
Arzu,diləyimiz, dərdimiz üstə,
Bizə gəl-gəl deyən qəbrimiz üstə,
Həyat şirin nağıl,bir bayıtdır,
Ömrümüz boşalan qum saatdır.

Tapınıb qalmışıq sirri-xudaya,
Kərəm diləyirik gələn qadaya,
Ayları,illəri biz saya-saya,
Г‡apırıq,dünyanın kəhər atıdır,
Ömrümüz boşalan qum saatdır.

Г‡ırpır üzümüzə,çırpır sərt külək,
Г‡içəkdən bal yığsaq, qalar boş pətək,
Hər gün ələdiyin,ələyir fələk,
Göylərin oyunu,bu şahmatıdır,
Ömrümüz boşalan qum saatıdır.

Budur cığırımız,budur yolumuz,
Yağır yağışımız,tökür dolumuz
Burulur arxaya polad qolumuz,
Bu hələ mahnın nəqaratıdır,
Ömrümüz boşalan qum saatıdır.

Nəyə arxayınsan zavallı insan?
Sabah torpaq altda zərrəsən,qumsan,
Yapışıb dünyanı elə tutmusan,
Ruhumuz tanrının amanatıdır,
Ömrümüz boşalan qum saatıdır.
Murad Məhərrəmov

Təcnis

Dostum, gəzmə çox da şöhrət, çox da şan,
Qazan dünya çox qaynayan, çox daşan.
Mən dözmüşəm çox dəmirə, çox daşa,
Sən də gizli- gizli daş atma mənə.

Qocaldım, bərkidi, daşladı başım,
Neçə dərdi hördü, daşladı başım.
Şairəm, həmişə daşladı başım,
Sənin kimi düşməz daş atma mənə…

…Tanrım desə: “Dərdi daşı, yan elə“,
Deyərəm : ”Başımla daşı yan elə.
Təki fil yükünü daşıyan elə,
Eşşəyin yükünü daşıtma mənə”.
Nazir Ziya Talıstanlı

Sevgidir şahım

Bu qız baxışıyla adam öldürür,
Mənə inanmayan, gəlib görəydin.
Gözəllik vermisən buna, ay Allah,
Nə olar, bir az da insaf verəydin.

Gözələ baxmağın savabı varsa,
Niyə mən baxanda günah, ayıbdır?
Sevib atmış ili vurmuşam başa,
Hələ də mən deyən gün olmayıbdır.

Bu qız qürurundan qalalar tikir,
Qürur gözəlliyə tac imiş, Allah!
Süfrədə az yeyib doyanların var –“
Sevgidə ac oğlu ac imiş, Allah!

Dünya sevənlərin əlində çiçək,
Qoru sevənləri, qoru, Allahım!
Adım Şahməmməddi, adi Məmmədəm,
Sevənin quluyam, sevgidir şahım.
Şahməmməd Dağlaroğlu

Mənim bu sevgim

Mənim bu sevgimin gümanı yoxdur;
Köksümüz sıxılmaz biri-birinə,
Kölgəmiz qısılmaz biri-birinə.
Gücsüzdür ox, qılınc, yalvarış, dua,
Bizə köməyi yox heç birisinin;
Sən özgəsininsən, mən qeyrisinin.
Üz-üzə qoysa da milyon il boyu,
Tanrı qovuşdurmaz yer ilə göyü.

Mənim bu sevgimin dərmanı yoxdur;
Xızır buta verməz əlacsız sayıb,
Loğman məlhəm verməz ilacsız sayıb.
Canımda dözülməz, sönməz ağrıdır,
Divtək ürəyimi söküb dağıdır,
Gözümdən dəmbədəm sellər axıdır.
Közərdib sinəmi bu odlu sevgi,
Kor edib gözümü bu dözülməz nur.
Mənim ölümümdür, vallah, bu sevgi,
Elə yaşadan da məni bir odur.

Mənim bu sevgimin imanı yoxdur;
Hər qanundan, dindən güclüdür, bəlkə,
Tanrı sevgisindən güclüdür, bəlkə.
Dünyanı mənimçün qeybə çıxarıb,
Qoymur görünməyə heç kimi mənə,
Tez-tez unutdurur Rəbbimi mənə.
Min buxov vur, etməz bu dəlini ram,
Könlüm nələr çəkir onun əlindən…
Bu sevgi önündə acizəm tamam,
Elə onunla da qüdrətliyəm mən.
Oqtay İsmayıllı

Dəvənin cavabı

Ulaq baxıb dəvəyə,
Söylədi bir dəfəyə:
–“ Ay dəvə, xeyir ola,
Nədən düşdün bu hala?
Gəzirsən sönük-sönük,
Baxırsan dönük-dönük.
Yaman əldən düşmüsən,
Bir dərisən, bir sümük.
Nədir dərdin, məlalın?
Söylə, nəymiş bu halın?
Ulağın bu eyhamı
Qızışdırdı heyvanı:
–“ Sevinmə, uzun qulaq,
Qotur tökmüş yapalaq.
Yaltaqlanıb yalandan
Tökmə belə yağlı dil.
Arıqlamaq dərd deyil,
A dombagöz, gic, veyil.
Nə qədər olsam arıq,
Dolaşsam qıriq-qırıq…
Mən dəvənin dərisi
Sən eşşəyə yükdü, bil.
İndi rədd ol önümdən,
Burda dincəlirəm mən.
Dedi dəvə sözünü,
Döydü eşşək gözünü.
Xalıq Yusifoğlu

Nə gəzir

Qarışıb bu bazar yaman,
Uçur sürünəsi ilan.
Halallıqla qazanılan,
Şərəf, şan nə gəzir ki…

Yazı yazan yazdı qanlı,
Ötür qışdı, yazdı qanlı.
Şuşadan çıxmazdı qanlı,
Biz də qan nə gəzir ki…

Dəstə tutub min diləkdən,
Xəbər yolladım küləkdən.
Möhlət istədim fələkdən,
Dedi: –“ An nə gəzir ki…

…Sinəmdəki dağa gələn,
Bu gecə qalmağa gələn.
Canımı almağa gələn,
Məndə can nə gəzir ki…
Tərlan Saleh

Gedirəm mən

Həyat boyu zəhmətə,
Qatlanıb gedirəm mən.
Zəhmətimə qiymətə
Odlanıb gedirəm mən.

Nə qazanım bir izlə?
Bir sifətlə, bir üzlə?
Boş əllə, quru sözlə
Yablanıb gedirəm mən.

Ömrüm payız köçündə,
Quru yarpaq biçimdə.
Dərdin-qəmin içində
Şadlanıb gedirəm mən.

Qəlbim həsrət yaxtası,
Hanı vüsal buxtası?
Dünya şahmat taxtası,
Matlanıb gedirəm mən.

Gövdəyəm, budağım yox,
Əlim yox, ayağım yox.
Minməyə ulağım yox,
Atlanıb gedirəm mən.
Cəbrayıl Hüseyn

Yoxdur

Həyətimdəki daşlar mənə atılandılar,
İçində bircə dənə düzü, hamarı yoxdur.
Ola bilməz ki, gəzəm, dolanam, görünməyəm,
Həyətimin o qədər uca hasarı yoxdur.

Dərməyə meyvəsindən, kimsə budağı əyə,
Dodaqları quruyan, ciyəri yanan yeyə.
Г‡atmır mənə bu söhbət, bu söz bilmirəm niyə,
Alça, əzgil bar verir, söyüdün barı yoxdur.

Qəbri görüb gəlirəm, gələni görəndə hər,
Kimsəyə demirəm ki, canım çoxdan tapıb çər.
Taxta qapımı çöldən döyməyə gəlir kədər,
Sevincin mənə tərəf yolu, güzarı yoxdur.

Oxdan keçmiş olubdur, yaralayıb onu yay,
Yarısı bilmirəm ki, kimə göndərilib pay.
Bizdən çox-çox uzaqda, uca səmadakı Ay,
Hilal iki bölünüb, yarı var, yarı yoxdur.

Yaşamışam həmişə bir üzdə, bir sifətdə,
Dərdimi şeir edib, yaratmışam sənət də.
Ayağımın, başımın daşı olan həyətdə,
Öz sirrim, sözüm olur, yadın əsrarı yoxdur.
Tamam Nur Tağlabiyanlı

İlk sevgi

Bu axşam görüşə gedəcək bu qız,
Açacaq qapını səssiz-səmirsiz.
Qalacaq yadında, xatirəsində,
İlkin məhəbbətə açılan bu iz.

Onu oxşayacaq kiminsə əli,
Daranmış saçını dağıdacaq da…
Bəlkə Nizaminin “ Sənsiz” qəzəlin,
Ona şirin-şirin oxudacaq da…

Bağlanıb sayrışan Aya, ulduza,
Onları yarıyla seyr edəcəkdir.
Sonra da dayanıb, baxıb göz-gözə,
Vəfalı olmağa söz verəcəkdir.

Duyub bu sevginin hərarətini,
Bütün vücudunu od alacaqdır.
İlkin məhəbbətin səadətini
Gizləyib hamıdan, qoruyacaqdır.

Gəlin də köçəcək harasa bir gün,
Yolunu başqası gözləyəcəkdir.
Fəqət, ilk sevginin həsrəti hər gün,
Onu məzaradək izləyəcəkdir.
Füzuli Baxışov

Daralmasın bu ürəyim

Allah, sənə sığınmışam,
Daralmasın bu ürəyim!
Nur ələsin səhər-axşam,
Qaralmasın bu ürəyim!

Baharlanıb ətir saçsın,
Tumurcuqdu, çiçək açsın.
Kəsafətdən dönüb qaçsın,
Saralmasın bu ürəyim!

Bir az kövrək, ağlağandı,
Acı sözdən küsdü, yandı,
Kim əzizdi, onu andı,
Xar olmasın bu ürəyim!

Saflığından qoyma aza,
Dilə, gözəl nəğmə yaza.
Ürəksizə, vəfasıza,
Yar olmasın bu ürəyim!
Xatın

Yaz yağışı yağınca mən

(Həkim, şair Tərlan Salehə)

Qardaş, gəzdim o yerləri,
Yazdım yeni şeirləri.
Sevdim səntək şairləri,
Yaz yağışı yağınca mən.

Aşıq, götür telli sazı,
Salamla bu gələn yazı.
Duyum mən də xoş avazı,
Yaz yağışı yağınca mən.

Gözüm düşdü gözəllərə,
Açdım köksümü yellərə.
Əl uzatdım tər güllərə,
Yaz yağışı yağınca mən.
Alik Dənizsevər

Vətən oğlu

Cəsur ol, Vətən oğlu,
Qazan el hörmətini.
Г‡atdır bütün dünyaya
Vətənin şöhrətini.

Ucalt üsyan səsini,
Qarabağ tapdanmasın.
Sənin haqq yollarına
Xain kölgə salmasın.

Azadlıq zirvəsinin
Səttarı, Nəbisi ol.
Qılıncla gir meydana,
Koroğlu nərəsi ol.

Gəl qorxmayaq yağıdan,
Həqiqətə düz baxaq.
Dədəmiz Qorqud kimi
Xainlərə od yaxaq.

Qoy yazılsın tarixə
Ünvanımız, adımız.
İrəli, Vətən oğlu,
Sənsən qol-qanadımız.

Qoruyaq özümüzü,
Qoruyaq Qarabağı.
Taxaq Cıdır düzünə
Biz üçrəngli bayrağı!
Gülxar Cəbiqızı

Təzə ilim

Sevincim ümmantək coşur sinəmdə,
Bu təzə ilimin hədiyyəsidir.
Məndən uzaq düşüb kədər də, qəm də,
Bu il yüksəlişin bir pilləsidir.

Bizə paylamaqçün hər vaxt, hər zaman,
Təzə il daşısın sevinc yükünü.
Ucaldaq adını biz də durmadan,
Sevinclə ötüşsün onun hər günü.

Bağrıma basmışam bu təzə ili,
Duyuram ondakı hərarəti mən.
Onun böyük eşqi, böyük əməli,
İndidən bilinir hərarətindən.
Rövşən Ağayev

Ulu Göyçə

Ürəklə can kimi,
Ətlə dırnaq kimi.
Nurlu çıraq kimi.
Yaxınsan mənə.
Elə yaxınsan,
Ana ətirli nəfəsin
Nəfəsimə toxunur.
Bəlkə də sən
Nəfəsimin özüsən.
Elə yaxınsan,
Lap elə burada,
Kirpiyimin ucunda.
Qonsan, uzağa düşmək nədi.
Düşərsən gözlərimin giləsinə
Ayrı nə deyim sənə.
Bircə, gözüm dolusu
Baxaydım gözlərinə.
Bax, oradadır əsilim.
Ulu köküm, nəsilim.
Xıdırım, Qasımım,
Züleyxam, Nardanəm mənim.
Dədə Ələsgərim, ustad Alım.
Bir də Şımpırlı sevgilim.
Sükutuna qulaq kəsilim,
Qızınım ocağına,
Qurban olum torpağına.
Ömrü verdik heçə,
Qəm-qüssə içə-içə,
Sən bizsiz, biz sənsiz.
Nizami Nadirov

Şərh Yaz