Natiqilər sertifikata layiq görülüb

1 dekabr 2017-ci il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və “Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyinin təşkilatçılığı ilə “İsmayıllı Gəncləri Regional Debat Forumu: Gənclər Kuboku 2017” layihəsi çərçivəsində “Gənc nəslin sahibkarlıq fəaliyyətinin inkişafında dövlət dəstəyi əsas faktordur” mövzusunda İsmayıllı Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələrinin iştirakı ilə final mərhələsi keçirilib.Natiqilər sertifikata layiq görülüb
Tədbirdə RİH-nin məsul işçisi Namiq Kərimov, rayon Gİİ-nin əməkdaşı Rauf Rəcəbov, Milli Debat Proqramının Regional Mərkəzlər üzrə meneceri Ehtiram Sadıqzadə və komanda üzvləri iştirak ediblər. İştirakçıları salamlayan RİH-nin əməkdaşı komanda iştirakçılarına uğurlar arzulayıb.
“İsmayıllı Gənclərin Regional Debat Forumu: Gənclər Kuboku 2017” layihəsi çərçivəsində 2 komandanın – “Uğur” və “İİOK”-in arasında gedən gərgin mübarizəni 2 hakim qiymətləndirib.
Tədbirdə “İİOK” komandası debatın qalibi olub və 10 nəfər – komandanın ən yaxşı natiqləri setfikatlarla təltif olunublar.

Şərh Yaz