Ulu öndər yad edilib

2 dekabr 2017-ci il tarixində İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa keçirilib. Əvvəlcə dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib. Ulu öndər yad edilib
Məktəbin direktoru Gündüz Qədirov tədbiri açaraq Ulu öndərin keçdiyi şərəfli həyat yolundan danışıb. Qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev keçmiş sovetlər və müstəqilliyimiz dövründə Azərbaycana rəhbərlik edərkən təhsil sahəsinə xüsusi diqqət yetirib. Onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişaf, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib. Bu gün digər sahələrdə olduğu kimi, elm, təhsil sahəsində də Ulu öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İştirakçılar Ulu öndərə həsr olunmuş filmə baxıblar.
Daha sonra mövzu ətrafında məktəbin tarix müəllimi Təranə Məmmədovanın və İsmayıllı RTŞ-nın metodisti Rəşid Məmmədovun çıxışları dinlənilib. Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
Rusan Qasımov

Şərh Yaz