Şahmatçılarımız fərqləndilər

“Təhsil” Respublika İdman Mərkəzi tərəfindən 21-30 noyabr 2017-ci il tarixlərində Oğuz rayonunda şahmat üzrə oğlanlar və qızlar arasında respublika çempionatının III zona yarışı keçirilib. Г‡empionatda məktəbimizin komandası məşqçi-müəllim Namiq Qasımovun rəhbərliyi altında uğurla mübarizə aparıb.
Şahmatçılarımız fərqləndilər
Belə ki, 11 yaşadək oğlanlar arasında Rövşən Allahverdiyev I (5 nömrəli tam orta məktəb), Samir Müseyibov 17 yaşlı oğlanlar arasında I (1 nömrəli tam orta məktəb), Gülşən Allahverdiyeva 11 yaşlı qızlar arasında II (5 nömrəli tam orta məktəb), Arzu Məmmədova 9 yaşadək qızlar arasında II (Pirəbilqasım kənd ümumi orta məktəbi), Maisə Adıgözəlova 17 yaşadək qızlar arasında II (2 nömrəli tam orta məktəb), Günəş Məlikov 9 yaşadək oğlanlar arasında III (1 nömrəli tam orta məktəb), Səbirə Məmmədli 15 yaşadək qızlar arasında III (2 nömrəlitam orta məktəb) yeri qazanıblar.
Zona yarışında I, II yerləri tutan idmançılarımız yarışın Respublika final mərhələsində iştirak etmək hüququ əldə ediblər.
Nəriman Alıyev,
İsmayıllı Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru

Şərh Yaz