Yaddas kitabcasi

Seminar-müşavirə keçirilib

Oktyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllıda “İslam Həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirə keçirilib
Seminar-müşavirə keçirilib
Seminar-müşavirə keçirilib
Heydər Əliyev Mərkəzində reallaşan tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, RİH-nin başçısı Mirdaməd Sadıqov, RİH başçısının birinci müavini, dini komissiyanın sədri Rövşən Ağayev, DQİDK-nın Şamaxı bölgəsi üzrə nümayəndəsi Rəhim Rəhimli, dini icma sədrləri, ziyalılar, ağsaqqallar, İƏD üzrə nümayəndələr, məktəb direktorları və gənclər iştirak ediblər.
RİH-nin birinci müavini, dini komissiyanın sədri Rövşən Ağayev seminar-müşavirəni açaraq qonaqları, tədbir iştirakçılarını salamlayıb.
Mövzu ilə bağlı Dini Komitənin sədr müavini Səyyad Salahlı geniş məruzə ilə çıxış edib. O, “İslam Həmrəyliyi”, ölkəmizdə müxtəlif məzhəblər arasında dini tolerantlığın qorunması, həmrəyliyin təmin edilməsi, dini radikalizmlə mübarizə tədbirləri barədə danışıb.
RİH-nin başçısı M.Sadıqov ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasət, multikulturalizmin və tolerantlığın ölkəmizdə həyat tərzinə çevrildiyi haqda tədbirə toplaşanlara ətraflı məlumat verib.
Qafqaz Müsəlmanları İdarəsinin yerdəki nümayəndəsi Şahzadə Bilalovun, Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədovun, İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurovun və digərlərinin verdiyi suallar cavablandırılıb. Hazırda dini icmalar, axund, imamlar və dini ayinlərin icraçılarının üzərinə düşən vəzifələr izah olunub. Həmrəylik və tolerantlığın qorunub saxlanması üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Murad Məhərrəmov

Şərh Yaz