Narkomanlığa qarşı mübarizə tədbiri

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu oktyabr ayının 6-da İsmayıllı rayonunda dəyirmi masa təşkil edib.Narkomanlığa qarşı mübarizə tədbiri
Narkomanlığa qarşı mübarizə tədbiri            İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə maarifləndirmə məqsədilə təşkil olunan tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Vasif Quliyev, məsul işçi Eldar Sadıqov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndəsi Anar Tahirov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Hüseynzadə, Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorlarının təlim-tərbiyə işləri üzrə müavinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Adı çəkilən təşkilatların təmsilçiləri karkotiklərdən istifadənin fəsadları, yetişən nəslin “ağ ölüm” bəlasından qurtarma yollarından danışıblar.
Tədbirin diskusiya şəklində keçməsi dinləyiciləri maraqlandıran sualların cavablandırılmasına şərait yaradıb.
İştirakçılara narkomaniya və onun ağır fəsadlarına dair bukletlər paylanıb.
Bəhruz Xələfov

Şərh Yaz