Ravçeevlər ailəsi üçüncü yerə layiq görülüb

28-31 avqust 2017-ci il tarixlərdə Gənclər Paytaxtı Balakən şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən “Mənim ailəm” Beynəlxalq Gənclər Festivalı keçirilib. Ravçeevlər ailəsi üçüncü yerə layiq görülüb
8 ölkədən 16 ailənin iştirak etdiyi festival dörd mərhələdən ibarət idi. Mətbəx, idman, intellektual bilik yarışması ”Xəmsə” və yaradıcılıq.
Azərbaycanı təmsil edən iki ailədən biri, İsmayıllının İvanovka kəndində yaşayan Ravçeevlər ailəsi yaradıcılıq mərhələsində III yerə layiq görülüb. Ailə nazirlik tərəfindən həm iştirakçı sertifikatı, həm də diplomla təltif edilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz