“DAДћ Г‡İГ‡ƏKLƏRİ“

Yarımamışam

Mən sənin başına dönüm, ay ürək,
Sən elə bilmə ki, quru qamışam.
Yox, bəlkə yenə də açdım gül, çiçək,
Hələ yarpağım var, qurumamışam.
“DAДћ Г‡İГ‡ƏKLƏRİ“
“DAДћ Г‡İГ‡ƏKLƏRİ“
“DAДћ Г‡İГ‡ƏKLƏRİ“
Açıqdı dəftərim, kitabım hələ,
Qalır çoxlarıyla hesabım hələ.
Г‡ox dərdə, əzaba var tabım hələ,
Hələ çox qocalıb, qarımamışam.

Dərdimdən inciyib yorulsan belə,
Nə arzun var ona sarılsan belə,
Xətrinə dəymərəm vurulsan belə,
Eh, səni heç belə qorumamışam…

Bu fələk illərdi puçumu burub,
Taxtımı-tacımı yıxıb, uçurub.
Baramaqurdutək evimi qurub,
Hələ dörd yanımı sarımamışam.

Bilirəm Gün batıb, göylər dumandı,
Sənin də mənimtək halın yamandı.
Susma, ay ürəyim, susma, amandı,
Mən hələ ömrümdən yarımamışam.
Nazir Ziya Talıstanlı

Bu dərdin

Belə dərddə xoşbəxtlik var,
Hey başına dön bu dərdin.
Səni alıb ərşə çıxar,
Ayağına en bu dərdin.

Surətlərə uyma belə,
Zinətdən qaç, hikmət dilə.
Sərhədləri cənnət ilə
Təndir, yəqin, tən bu dərdin.

Məcnuntək qəmə sığınar,
Kim müştaqdır göy bağına.
Əcəb sığdım qucağına,
Qoynu gendir, gen bu dərdin.

Bir fəsildir qış da, yaz da,
Г‡içək üçün candır toz da.
Sünbülləri qışda, yazda
Hey dən tutur, dən bu dərdin.

Oddur yarı, küldür yarı,
Var ağ gülü, qara xarı.
Г‡ox şirindir ağrıları,
Zövqü mindir, min bu dərdin.

Məlhəm verdi, həm oxladı,
Öldürüb diri saxladı.
Məni Allaha bağladı,
Dərdin alım mən bu dərdin.
Oqtay İsmayıllı

Ədəbli ulaq

Altında “Hammer”i, boynunda xalta,
Cibində pistolet, əlində balta.
Anqıra-anqıra, çəp yorta-yorta,
Hamını boğaza tıxnadı ulaq.

Özütək bir neçə “ağıllı“ tapdı,
Küllükdə küllənib, doyunca çapdı.
Sağını, solunu dişlədi, qapdı,
Ayqır dostlarını çığnadı ulaq.

Nə yeri, nə göyü görmürdü gözü,
Ayqırlar yanında ötürdü sözü,
Mərifət göstərdi: söndürüb közü,
Tozluğa yıxılıb ağnadı ulaq.
Xalıq Yusifoğlu

Ürəyim

Xumar Qədimovanın mahnısına

Köksümün altında yanıb kül olan,
Qaynayıb, qaynayıb göyə sovrulan,
Bahar buludu tək boşalıb-dolan,
Hər şeyi anlayıb, bilən ürəyim,
“Ey mənim sinəmdə məni yaşadan,
Ey mənim əlimdən ölən ürəyim!”

Daş atıb hər gündə daşladım səni,
Qoruya bilmədim, boşladım səni,
Sevgiylə dolanda xoşladım səni,
Həsrəti mənimlə bölən ürəyim,
“Ey mənim sinəmdə məni yaşadan,
Ey mənim əlimdən ölən ürəyim!”

Fanimi, yalanmı bu dünya bilməm,
Acı-ağrısını gözümlə silləm,
Elə çırpılıb ki, üzünə silləm,
Ağlaya-ağlaya gülən ürəyim,
“Ey mənim sinəmdə məni yaşadan,
Ey mənim əlimdən ölən ürəyim!”

Arzusu, istəyi qalıb gözümdə,
Sevgisi güllənib bitib sözümdə.
Düşüb hey arxamca yolum-izimdə,
Mən Kərəm, sən də ki, Lələm, ürəyim,
“Ey mənim sinəmdə məni yaşadan,
Ey mənim əlimdən ölən ürəyim!”

Yanımda-yörəmdə kim qalıbdı, kim?
Qırılıb könlümə bağladığım sim.
Olub ki, az qala qanını içim,
Hirsimi, hikkəmi silən ürəyim,
“Ey mənim sinəmdə məni yaşadan,
Ey mənim əlimdən ölən ürəyim!”

Göyləri buludlu, dağlarısa çən,
Yurdum Qarabağdan ta Təbrizəcən,
Borçalı, Dərbəndi, Göyçəsi Vətən!
Arzuya, istəyə bələn, ürəyim!
“Ey mənim sinəmdə məni yaşadan,
Ey mənim əlimdən ölən ürəyim!”
Murad Məhərrəmov

Jurnalist olmasaydım

Dünyanın gərdişin yaza bilməzdim,
Qəlbimdən keçəni yoza bilməzdim.
Mətbuat selində… üzə bilməzdim,
Jurnalist olmasaydım.

Sarıldım hər zaman dəftər-qələmə,
Gah sevincə batdım, gah da ələmə.
Bələd olammazdım belə aləmə,
Jurnalist olmasaydım.

Ulu dahilərdən bilik almazdım,
Ürəkdən-ürəyə körpü salmazdım.
Əlli il bu yolda qələm çalmazdım,
Jurnalist olmasaydım.

İllərlə eşqindən yazdığım qızın,
Yaşatdım qəlbimdə o gülər üzün.
Bu qədər müqəddəs sanmadım izin,
Jurnalist olmasaydım.

Torpağa bu qədər bağlı olmazdım,
Ürəyi yaralı… Dağlı olmazdım.
Vətənin qeyrətli oğlu olmazdım,
Jurnalist olmasaydım.
İldırım Dəmirli

Nə şirin imiş

Mən ki, qara rəngi acı bilirdim,
Moruğun qarası nə şirin imiş…
Bir ovuc dolusu götürüb yedim,
Tikanın çarası… nə şirin imiş…

Bu da ömrümüzün bir günü, keçdi,
Sevgilim moruğun dəymişin seçdi.
Əyilib bulağın gözündən içdi…
Zalımın balası nə şirin imiş…

Dolaşıb kolları üz-üzə gəldik,
Hərdən gülümsəyib göz-gözə gəldik.
Göy otlar üstünə süfrəni sərdik,
Cörəyin parası nə şirin imiş…

Gəzdik yaşıl düzü, keçdik dərəni,
Ovçutək gözlərim güdür bərəni.
Qəfildən itirib tapanda səni,
Qolların arası nə şirin imiş. ..
Turac Hilal

Ana

Bu gecə yuxumda görmüşəm səni,
Saçların necədə gur idi ana.
O qara gözlərin necə qəşəngdi,
Sifətin büs-bütün nur idi ana.

Ay ana, yuxuda görmüşəm səni,
Sən məni qol açıb qucaqlayırdın,
“Mən sizdən nigaran qalmışam”, – deyib
Göz yaşı tökərək hey ağlayırdın.

Ay ana, yuxuda görmüşəm səni,
Əllərin saçıma sığal çəkirdi.
Mən uşaq olanda tikdiyi kimi,
Yenə də mənimçin paltar tikirdi.

Ay ana, yuxuda görmüşəm səni,
Dedin: ” Qorun, bala, qandan, qadadan”.
“Ana getmə”, – deyib istədim ki, mən
Düşüb ayağına sənə yalvaram.

Ay ana, yuxuda görmüşəm sənlə
Əl-ələ tutaraq dağlar aşıram.
Yuxudan ayılıb gördüm ki, artıq
Günəş şəfəqi ilə qucaqlaşıram.
Elman Şirvanlı

Atam dünyasını dəyişən gündən

Gözümün üstünü kölgələr alıb,
Ürəyimin hər pərdəsi saralıb.
Bu gen dünya mənim üçün daralıb,
Sevinc də, fərəh də, qaçaqdır məndən,
Atam dünyasını dəyişən gündən.

Nə etsəm, boynumu büküb gəzirəm,
Gizlicə göz yaşı töküb gəzirəm.
Dərdimi köksümə çəkib gəzirəm,
Asılı qalmışam bu qəm yükündən,
Atam dünyasını dəyişən gündən.

Şirin dilim, şirin dadım gedibdir,
Uçmaq üçün qol-qanadım gedibdir.
İlham pərim, istedadım gedibdir,
Bir ağı demək də gəlmir əlimdən,
Atam dünyasını dəyişən gündən.
Elnarə Günəş

Niyə gəlməz oldun

(Atamın xatirəsinə)

Gözlərim yoluna dikilər hər gün,
Niyə gəlməz oldun, ata, ay ata?
Adın ürəyimdə çəkilər hər gün,
Niyə gəlməz oldun, ata, ay ata?

Baxıram yoluna hər saat, hər an,
Son ümidim budur: qayıdacaqsan.
Hansı səfərdəsən, ay sənə qurban ?
Niyə gəlməz oldun, ata, ay ata?

Г‡evrilib əbədi bir vəsiyyətə,
Möhtacam verdiyin hər nəsihətə.
Aman, niyə düşdü yolun qürbətə?
Niyə gəlməz oldun, ata, ay ata?
Şükufə Nəcəfova

Adam var

Adam var, üzdədir, tez tanıyarsan,
Adam var, xeyirdi, şərdi, bilinməz.
Adam var, ürəyi gözündən yağar,
Adam var, sevinci, dərdi bilinməz.

Adam var, gülüşü dünyanı bəzər,
Adam var, baxışı aləmi əzər.
Adam var, özünü qaraldıb gəzər,
Yaxşısı, yamanı, mərdi bilinməz.

Adam var, alovdur, oddu, bilinir,
Adam var, doğmadı, yaddı, bilinir.
Adam var, hər sözü daddı, bilinir
Adam var, ikidi, birdi, bilinməz.

Hərə özlüyündən, özündən baxır,
Durduğu məkandan, izindən baxır!
Dünyaya ağlının gözündən baxır,
Onu necə duydu, gördü, bilinməz.

Nə ola astarı, üzü bilinə,
Yaxşısı açıla, düzü bilinə.
Necə var insanın özü bilinə,
Deməyək müəmma, sirdi, bilinməz.
Xatın

“ASAN” şeir

Bir günəşli yaz səhəri
həzin musiqi səsinə oyanasan.
Oyanasan,
pəncərədən boylanasan,
baxasan ki, hər yer “ASAN”,
hər şey asan…
Görüb duyğulanasan,
xəyallara dalasan…
Quştək qanad açasan,
nağıllara uçasan…
Arzuların gerçəkləşə…
Məmləkətdə bir az asan doğulasan,
bir az asan yaşayasan,
bir az asan qocalasan…
Və sonra da,
atamın təzyiqi düşüb
dünya başına dönəndə
arzuladığı kimi,
doxsan yaşında bir axşam
şirin-şirin yatasan…
oyanasan, baxasan ki,
bir özgə dünyadasan…
Kaş ki, hər şey belə ola…
sadə… asan…
Tərlan Saleh

Hay verin

İnsana şərəfdir düz danışmağı,
Kökümün üstündə düzün yeri var.
Düz öyrən, düz öyrət, sən də düz danış,
Zərərdə gizlənmiş düzün xeyri var.

Dünya varkən, ömür-günlə döyüşdə,
İstəsə sındırar düz min əyrini.
Min əyri bir düzün yerini verməz –
Bir düzün yerinə düz min əyrini.

Ürək görməyirsə, göz görə bilməz,
Zülmün sonda olmaz heç pənahı da.
Demə fağır üçün yaranıb bəla,
Həyat imtahana çəkər şahı da.

Yoxsulluq çəksə də sınağa bizi,
Xeyirli əyridən gəlməz xeyir, var.
Yenə düzlükdədir xeyir, bərəkət,
“Düz incələr, sınmaz”, – deyib atalar.

Əyri söz, əyri yol, əyri düşüncə,
Quzeydə iylənən qara bənzəyir.
Doğru söz, doğru yol, doğru düşüncə,
Dolu xəzinəyə, vara bənzəyir.

Hay verin, hay verin düzə, insanlar,
Qoymayın əyrilər çata şöhrətə.
Ürəyim, düzlüklə sən də aç çiçək,
Əyilsən də əyil tək həqiqətə.
Gülxar Cəbiqızı

Razıyam

Bu dünyanın bilən yoxdur yaşını,
Kim sayıbdır ağacını, daşını?
Sirdi, sındırmasın kimsə başını,
“Ol!”, – deyən var, bu “olum”dan razıyam.

Nədən asıb Ay ulduzu, bilən yox,
Haqq yazanı gücü çatıb, silən yox.
Gedən gedir, qayıdan yox, gələn yox,
Kimsə deməz: “Mən ölümdən razıyam”.

Yanan ocaq ətrafını yandırar,
Haqlı gec-tez haqsızları sındırar.
Qanmayanı Tanrı özü qandırar,
Deməsə də: “Mən halımdan razıyam”.

Sənə qalmaz nə dövlətdən, nə maldan,
Uzaq qaçma nə yetimdən, nə laldan.
Ac olana süfrəni aç halaldan,
Onda söylə: “Əməlimdən razıyam”.
Mirəli İsmayıllı

Sonuncu zəng

Bu gün həyəcanla vuran ürəkdə
Sahilsiz arzular çulğalaşıbdır.
Məktəbdən ayrılmaq istəməsək də,
Xəyallar, arzular zirvə aşıbdır.

Baxışlar mehriban, duyğular kövrək,
Könüllər coşğundur, istəklər təmiz.
Mətin addımlarla bu gündən gərək
Atılaq həyatın qucağına biz.

Həyata səsləyir sonuncu zəng də,
Coşdurub ürəkdə gənclik qanını.
O, bu gün çalınır başqa ahəngdə,
Duyub ayrılığın həyəcanını.

Vətən torpağının gen sinəsində
Ayrılar, qovuşar yollarımız da…
Gənclik həvəsində, coşğun səsində
Qurub yaradacaq qollarımız da.
Rövşən Niyallı

Yarpağın üstə

Yağışa həsrətdir yerin yanağı,
Buludlar ağlasın torpağın üstə.
Gözəl dodağıtək o qönçə güllər,
Töksün bülbülləri bu bağın üstə.

Alına yazılan pozulmaz, getməz,
Haqqa inananlar heç giley etməz.
Nifrətə sevgidən calaq vur, bitməz,
Calasan budağı budağın üstə.

Kim saxlaya bilir ömrünü cavan,
Zamanla ayrılır canımızdan can.
Ey dünya, mənimlə nədir ki davan,
Düşmüsən bu xəzəl yarpağın üstə.
Gülsüm

Gedim hara…

Addım-addım, qaça-qaça çıxdım yola,
Heç bilmirəm yolum hara.
Ya şərqədir, ya qərbədir,
Səhralara, ya dağlara,
Dənizlərə… bəlkə yolum.
Г‡ıxım gedim uzaqlara.
Tək olduğum bir məkana…
Tənhalığa yoldaş olum…
Rima Maisqızı

Bəlkə unutdura yuxular səni

Nə qədər çalışdım mən bacarmadım,
Bəlkə unutdura yuxular səni.
Hey istədim olum şən, bacarmadım,
Bəlkə unutdura yuxular səni.

Г‡ox ölçüb-biçirəm, tapmıram yolun,
Olmuşam fikrinlə mən sənin qulun.
Gecələr boynuma dolayıb qolun,
Bəlkə unutdura yuxular səni.

Nə qoyub gedirəm, nə götürürəm,
Nə sona çatıram, nə bitirirəm.
Nə tapa bilirəm, nə itirirəm,
Bəlkə unutdura yuxular səni.

Hayana çevirsə zamanı, anı,
İnsan nədən qaçsa, tapır insanı.
Gərək gəzim tapım yuxu satanı,
Bəlkə unutdura yuxular səni.

Atma məni bunca amana, aha,
Acizəm, zəifəm, gücüm yox daha.
Qoy yatım, az qalır, vallah, sabaha,
Bəlkə unutdura yuxular səni.
Aidə Gədəbəyli

Şərh Yaz