Problemlərin arxasında insan faktoru durur

Problemlərin arxasında insan faktoru dururİsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov Qurbanəfəndi kəndində səyyar görüş-qəbulu keçirib. Səmimi diskussiya şəraitində baş tutan qəbulda kəndin əsas sosial problemləri RİH başçısına çatdırılıb.
Kənddə yeni su anbarının tikintisinə ehtiyacın olması və kənd klubunun yenidən tikilməsi məsələsinə toxunulub. Sakinlər kənddaxili elektrik dirəklərinin nasazlığından söz açıb, məktəb binasının darısqallığını xüsusi vurğulayıblar. Yeni məktəb binasının tikilməsi üçün aidiyyəti qurumlardan köməklik istəyiblər. Gənclər, yeni ailə quran sakinlər həyətyanı torpaq sahəsi olmaması səbəbindən fərdi ev sahibi ola bilməmələrini söyləyiblər.
Kənddə tibb məntəqəsinin yoxluğu da həllini gözləyən problem kimi qeyd edilib. Qəbula gələn vətəndaşların hər biri diqqətlə dinlənilib. Rayonda görülən işlərə, əhaliyə göstərilən diqqət və qayğıya görə başçıya minnətdarlıq bildirilib.
Dilə gətirilən problemlərin arxasında insan faktoru durduğundan bütün qəbullarda olduğu kimi, bu qəbulda da RİH başçısı M.Sadıqov vətəndaşların qaldırdığı problemlərin həlli ilə bağlı RİH-in məsul əməkdaşlarına, əlaqədar xidməti təşkilatların rəhbərlərinə tapşırıqlar verib.
Ş.Soltanov

Problemlərin arxasında insan faktoru dururİsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov Qurbanəfəndi kəndində səyyar görüş-qəbulu keçirib. Səmimi diskussiya şəraitində baş tutan qəbulda kəndin əsas sosial problemləri RİH başçısına çatdırılıb.
Kənddə yeni su anbarının tikintisinə ehtiyacın olması və kənd klubunun yenidən tikilməsi məsələsinə toxunulub. Sakinlər kənddaxili elektrik dirəklərinin nasazlığından söz açıb, məktəb binasının darısqallığını xüsusi vurğulayıblar. Yeni məktəb binasının tikilməsi üçün aidiyyəti qurumlardan köməklik istəyiblər. Gənclər, yeni ailə quran sakinlər həyətyanı torpaq sahəsi olmaması səbəbindən fərdi ev sahibi ola bilməmələrini söyləyiblər.
Problemlərin arxasında insan faktoru dururKənddə tibb məntəqəsinin yoxluğu da həllini gözləyən problem kimi qeyd edilib. Qəbula gələn vətəndaşların hər biri diqqətlə dinlənilib. Rayonda görülən işlərə, əhaliyə göstərilən diqqət və qayğıya görə başçıya minnətdarlıq bildirilib.

Şərh Yaz