Bizlanda səyyar görüş-qəbul

Rayonun bütün yaşayış məntəqələrində olmaq, oradakı əhali ilə görüşmək, problemləri öyrənmək məqsədi ilə səyyar görüş-qəbullar keçirən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bir neçə gün əvvəl Bizlan kəndində sakinlərlə görüşüb.
Son illərdə respublikada və bölgədə görülən işlərdən bəhs edən rayon rəhbəri kəndin problemlərindən də xəbəri olduğunu vurğulayıb.
Vətəndaşlar görüşdəki çıxışlarında ümumi və fərdi problemləri dilə gətiriblər. Müraciətlər içərisində qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi, kəndin qazlaşdırılması, kənddaxili yolların təmir edilməsi ilə bağlı işlərinin aparılması kimi məsələlər səsləndirilib.
Bütün müraciətləri dinləyən RİH başçısı M.Sadıqov müvafiq qurumlara aidiyyəti tapşırıqlar verib.
Ş.Soltanov

Şərh Yaz