Ekskursiyalar kənd təsərrüfatına maraq oyadır

Ekskursiyalar kənd təsərrüfatına maraq oyadır     31 may 2017-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin bir qrup tələbəsi elmi praktik təcrübə keçirmək üçün Qəbələ rayonunun “Aqrokompleks Qəbələ” MMC-də olub.
Kompleksdə maldarlıq, aqronomluq, bitki mühafizəsi, bağçılıq, qışa yem bazasının möhkəmləndirilməsi, senaj, silos hazırlanması işləri ilə əyani tanışlıq və onların hazırlanması prosesləri əyani olaraq tələbələrə göstərilib. Əlavə olaraq, süd sağımı və emalı prosesləri, süddə yağlılığın təyin olunması, tərkibində olan komponentlərin miqdarını təyin edən avadanlıqların iş prosesi və istifadə olunması qaydaları haqqında məlumatlar tələbələrin nəzərinə çatdırılıb.
Tələbələrin nəzəri biliklərinin yoxlanılması məqsədilə təcrübəli mütəxəssislər tərəfindən sual-cavab aparılıb. Tələbələrimizin sualları yüksək səviyyədə cavablandırmaları müəssisənin mütəxəssisləri tərəfindən alqışlanıb.
Kollecin müəllim heyəti “Aqrokompleks Qəbələ” MMC-nin rəhbərliyinə, orada çalışan baytar həkimə və digər mütəxəssislərə təşəkkür və minnətdarlığını bildirib. Onlara işlərində müvəffəqiyyətlər arzulayıb. Kollec tələbələrinin bu qəbildən olan ekskursiyaları onlarda kənd təsərrüfatına böyük maraq oyanmasına səbəb olub.
Faiq Məmmədov,
kollecin müəllimi

Şərh Yaz