Click here to move

Xocalı faciəsi –“ Azərbaycanın qanlı tarixi

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar rayonun müəssisə və təşkilatlarında keçirilən silsilə tədbirlərdən biri də rayon məktəblərinin şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsi olub.
Xocalı faciəsi –“ Azərbaycanın qanlı tarixi             “Xocalı faciəsi –“ Azərbaycanın qanlı tarixi ” mövzusuna həsr olunmuş müsabiqə Rayon Təhsil Şöbəsi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilib. Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Soyqırımının səbəbkarları və nəticələri barədə rayon İcra Hakimiyyətinin məsul işçisi Gülnarə Mirzəliyeva məlumat verib.
RTŞ-nin metodisti Nəriman Qəniyev və Gİİ-nin baş məsləhətçisi Şəhla Qafarova şagirdlərə təhsildə, həyatda, eləcə də keçirilən müsabiqədə uğurlar arzulayıb.
Şagirdlərin qələmə aldığı inşa yazılarınin qayəsini təşkil edən fikirlər bir daha göstərib ki, onlar Xocalı qətliamının ağırlığını, məhrumiyyətlərini köklü şəkildə dərk edir və düşüncələrində yaşada bilirlər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz