Click here to move

Sakinlər bələdiyyənin fəaliyyətindən razılıq ediblər

İsmayıllının Mücühəftəran, Göytəpə və Xanagah kəndləri də Qalınçaq bələdiyyəsinin hüdudlarına daxildir. Bələdiyyə 3030 hektardan artıq əraziyə malikdir. Bələdiyyənin mülkiyyətində 1100 hektar torpaq sahəsi var. Təsərrüfatların sayı Qalınçaqda 603, Göytəpədə 107, Mücühəftəranda 105, Xanagahda 177 olmaqla cəmi 992-dir.Sakinlər bələdiyyənin fəaliyyətindən razılıq ediblər          Ərazidə iki tam orta, 2 ümumi orta məktəb, 4 kitabxana, klub fəaliyyət göstərir. Bunlardan başqa ərazidə asfalt və beton zavodları, “Qız qalası”, “Günəş park” istirahət mərkəzləri fəaliyyətdədir.
Ərazidə yaşayan əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Əhalinin bir hissəsi bağçılıq, bostançılıq və üzümçülüklə məşğul olur.
Qalınçaq kəndi ərazisində böyük quşçuluq kompleksinin tikintisinə başlanılmışdır. Tikinti işində ləngimələr olsa da yaxın günlərdə inşaat işləri davam etdiriləcək.
Bu məlumatlar Qalınçaq bələdiyyəsinin 2016-cı ildə gördüyü işlərin hesabatına dair iclasda səsləndirilib. Bələdiyyə sədri Elvin Seyidli son ildə görülən bir sıra işləri diqqətə çatdırmaqla qarşıda duran vəzifələrə də diqqət ayırıb. O, Qalınçaq kəndində kənddaxili yolların təmir olunmasını, əhalinin içməli su təminatının yaxşılaşdırılmasını uğurlu işlərdən sayıb. Təqdirəlayiq haldır ki, kəndin sosial problemlərinin həllinə kəndin imkanlı sakinləri yaxından köməklik göstəriblər.
Bələdiyyəyə daxil olan vergilərin tam yığılması hesabına görülən işlərin həcmini bir qədər də artırmaq olardı. Təəssüf ki, bu belə deyil. Adı çəkilən 4 kənd üzrə əhalinin vergi borcu 41 min manata çatır.
Hesabat məruzəsində kəndlər üzrə görülmüş abadlıq işləri sadalanmış, görüləcək işlərin iş planına daxil edilməsi qeyd olunub.
Məruzə dinlənildikdən sonra çıxışlara yer verilib. Г‡ıxış edən kənd sakinləri bələdiyyənin fəaliyyətindən razılıq ifadə ediblər. Son 6 ayda bələdiyyənin gördüyü işlərə qənaətbəxş qiymət verilməsini təklif olunub.
Hesabat yığıncağında İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iştirak edib. RİH-nin rəsmisi bələdiyyə qarşısında duran vəzifələrin daha mütəşəkkil həyata keçirilməsi ilə bağlı fikirlərini səsləndirib.
Ş.Soltanov

Şərh Yaz