Yaddas kitabcasi

“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinin yekun tədbiri İsmayıllıda reallaşdı

Bu gün ən mühüm problemlərdən biri yeniyetmə və gənclərin bədii və elmi ədəbiyyata olan meyl və maraqlarını onların potensial imkanları ilə uyğunlaşdırıb professional sahəyə yönəltməkdən ibarətdir. Sirr deyil ki, hazırda gənclərimizin kitab oxumağa, bədii və elmi əsərlərdən faydalanmağa maraqları azalıb. Bədii və elmi təfəkkürü vəhdətdə götürməklə gənclərin oxu vərdişlərini, elmi və bədii ədəbiyyata maraqlarını artırmaq günün zəruri tələbinə çevrilib.[“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinin yekun tədbiri İsmayıllıda reallaşdı    thumb=left]http://ismayilli-xeberleri.info/uploads/posts/2017-02/1487315694_24z.jpg[/thumb]
“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinin yekun tədbiri İsmayıllıda reallaşdı    Bunu nəzərə alaraq AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu xeyli vaxtdır ki, “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsini həyata keçirir.
Fevralın 4-də layihənin yekun tədbiri İsmayıllıda reallaşıb. İsmayıllı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, İsmayıllı Rayon Təhsil Şöbəsinin, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirə məktəbli-gənclər, məktəb direktorları, müəllimlər, “Dağ çiçəkləri” ədəbi məclisinin və “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin üzvləri, ziyalılar dəvət olunmuşdu.
Əvvəlcə zalda Azərbaycan Respublikasının Dövlət himni oxundu. Sonra RİH-nin başçısı, professor, Əməkdar elm xadimi Mirdaməd Sadıqov qonaqları və tədbir iştirakçılarını salamladı, tədbirin keçirilməsi üçün İsmayıllını məkan seçdiklərinə görə millət vəkili, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyliyə, layihə müəlliflərinə öz minnətdarlığını bildirdi. Elmi və bədii ədəbiyyatın gənclərə faydası barədə ətraflı məlumat verdi.
Akademik İsa Həbibbəyli layihə barədə ətraflı məlumat verməklə yanaşı bədii və elmi ədəbiyyatın gənclərin milli-mənəvi və ümumbəşəri dəyərləri mənimsəməsindəki rolundan, ümummilli liderin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu və hərtərəfli siyasətindən geniş danışdı. İsmayıllının gündən-günə inkişaf etdiyini diqqətə çatdırdı.
Sonra layihə rəhbəri, Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Gülnar Yunusova, filologiya üzrə fəlsəfə doktoru, dosent Bəsirə Əzizəliyeva, İsmayıllı RTŞ-nin müdiri Rasim Orucov, filologiya üzrə elmlər doktoru Bədirxan Əhmədov, İsmayıllı şəhər 1 saylı, Topçu kənd tam orta məktəbinin direktorları Gündüz Qədirov, Xavər Allahverdiyeva, Təzəkənd tam orta məktəbinin direktor müavini Ağalar Bədəlov çıxış edərək keçirilən layihənin aktuallığı barədə maraqlı fikirlər irəli sürdülər.
Şagirdlər və yaradıcı gənclər şair Musa Yaqub, Davud Aslan, Baba Vəziroğlu, Maarif Soltan yaradıcılığından nümunələr söylədilər.
Sonda layihə çərçivəsində keçirilmiş təlimlərdə iştirak edən 60 şagirdə sertifikatlar verildi, müsabiqə qalibləri diplomlarla mükafatlandırıldı.
Tədbir layihə rəhbəri Gülnar Yunusovanın bağlanış nitqi ilə yekunlaşdı. Tədbir öncəsi təşkil olunmuş kitablardan ibarət sərgidə təqdim olunan 100-dən çox kitab məktəb kitabxanaları və şagirdlərə hədiyyə edilməsi təqdirəlayiq hal kimi qarşılandı.
Murad Məhərrəmov

Şərh Yaz