İnsan dəyərləndirildiyini görəndə həvəslənir

Dahi Nizami: Biliyə rahib ol, dünyanı qazan! –“ deyib. Təkcə bu müdrik fikrin dərinliyinə varsaq, təhsilin insan həyatındakı rolunu dərk etmiş olarıq. İnsan dünyaya gəlir, yaşayır, nəsil artırır və dünyasını dəyişir. Bu adi həyat normasıdır. İnsan dəyərləndirildiyini görəndə həvəslənir      Ancaq bu mərhələləri yüksək elm, bilik, savadla bəzəyən insanlar mənən ölmürlər. Xalq üçün həyatını sərf edənlər zamanında qiymətləndirilməsələr də, sonradan ölümsüzlük qazanırlar. Savadlı olmağı həmişə yüksək tutan xalqımızın bu inamı yolumu işıqlandıran parlaq nura, ulduza çevrilib.
Peyğəmbərimiz də “Biliyinizi artırın!” –“ deyə öz ardıcıllarını həmişə öyrənməyə çağırmışdır.
Bilik yıxılanda dayağımız, qaranlıqları işıqlandıran çırağımızdır. Г‡ətində etibarlı dostumuz, tənhalıqda isə həmdəmimizdir.
Mən “pilot layihə” əsasında təhsil alıram və inanıram ki, mənim kimi bu layihədə təhsil alan hər kəs indi də, gələcəkdə də çox uğurlar qazanacaq. Bu layihə ilə təhsil alan bütün şagirdlər kimi, mən də sevinirəm ki, növbəti ildə digər məktəblərdə də dərslər bu layihə ilə həyata keçirələcək. “Pilot layihə”nin əsas məqsədi ali təhsil almaq istəyənlərin bu yolda görməli olduqları işləri daha da rahatlaşdırmaqdır. Belə ki, ali məktəbə qəbul olmaq üçün seçdiyimiz qrup üzrə dərslər daha dərindən keçirilir. İnanıram ki, bu layihədə həm dərs əlaçılarının, həm də ali təhsil alanların sayı artacaq. Bu gün “Əlaçı şagirdlərin birinci rayon Forumu”nda iştirak etməyim elə bu layihənin bəhrəsidir.
Bəs əlaçı adını necə qazandım? Məncə dərs əlaçısı olmaq elə də böyük qəhrəmanlıq deyil. Bunun üçün valideyn-məktəb əlaqələri çox möhkəm olmalıdır. İlk gündən valideyn öz övladına məktəb, elm, bilik barədə düzgün məlumat verməli, onda təhsilə həvəs, maraq oyatmalı, təhsilin işıqlı gələcəyə gedən ən uğurlu yol olduğunu başa salmalıdır.
Biz isə müəllimləri diqqətlə dinləməli, verilən tapşırıqları gündəlik olaraq yerinə yetirməliyik. Г‡ünki, ən ağır dərmanları da damcı-damcı qəbul edəndə daha faydalı olur. Eyni zamanda biliklərin təkrarına da diqqət ayırsaq, görərik ki, əlaçı olmaq elə də əlçatmaz arzu deyil. Birinci mərhələnin, yəni dərs əlaçısı olağın öhdəsindən gələn gələcək arzularına sözsüz ki, çata bilər. Bu yolda kitab və qələm bizim yoldaşımız olmalıdır. Dahi Nizaminin təbirincə desək:
Qüvvət elmdədir, başqacür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Bizi biliklə ucaldan, ucaldığımız zirvələrdən enməyə qoymayan, təhsilimizə, onu quranlara çox minnətdarıq. Təcrübəli təhsil bilicisinin rayon rəhbərliyinə gəlişindən sonra İsmayıllı təhsilinin qazandığı nailiyyətlərə görə başda Mirdaməd müəllim olmaqla bütüb təhsil işçilərimizə təşəkkür edirəm.
Əlaçı kimi Forumda iştirak etdiyimə çox sevindim.
Yaxşı bilirəm ki, xalqımızın, məmləkətimizin savadlı, eyni zamanda güclü mənəviyyata malik övladlara ehtiyacı var. Bugünkü tədbirdə bir daha bunun şahidi oldum. Daha yaxşı oxumağa, səylə çalışmağa istəyim qat-qat artdı. Г‡ünki insan dəyərləndirildiyini görəndə daha da həvəslənir. Gələcəkdə belə mötəbər tədbirlərdə daha tez-tez görüşmək ümidi ilə:
Nərgiz Rüstəmli,
şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi

Şərh Yaz