Yaddas kitabcasi

Azərbaycanın fəal gəncləri Belorusda olub

2-3 fevral 2017-ci il tarixlərdə Belorusiya dövlətinin gənclər paytaxtı Polotskda “Birlikdə biz Belarusuq” Milli Forumu keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Forumda ölkəmizi 5 fəal gənc təmsil edib.
Azərbaycanın fəal gəncləri Belorusda olub
Azərbaycanın fəal gəncləri Belorusda olub
Forumun birinci günü iştirakçılarla açıq formatda dialoq, ideoloji iş və təlim-tərbiyə üzrə prorektorlar üçün təşkil olunmuş “Gənclərlə işin təşkilində müasir yanaşmalar” adlı dəyirmi masa, Polotsk Universitetinin nailiyyətləri və fəaliyyətinin təqdimatı, “Univer.Moladz.Live” flaşmobunun nümayişi, bayram konserti və “PARTY kropka BY” forum rəqsi keçirilib.
İkinci gün Polotsk şəhəri üzrə ekskursiya, universitetin tarixinə ekskursiya, “Fransis Skorina – Kamil insan” milli mədəniyyət layihəsinin təqdimatı, Belorus kitab çapı muzeyinə səfər olunub.
Səfər çərçivəsində fəal gənclər üçün iki istiqamətdə: Əməyin müasir formaları “Sahibkarlıq, tələbə heyəti, könüllülük fəaliyyəti”, eləcə də “Mənim həyat tərzim – sağlamlığım və sabahkı uğurumdur” müzakirə platformaları təşkil edilib.
Ş.Qafarova

Şərh Yaz