Yaddas kitabcasi

Soyqırımın 25 illiyinə həsr olunmuş rəsm sərgisi

15 fevral 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Gənclər və İdman İdarəsi Heydər Əliyev Mərkəzi ilə birgə Xocalı Soyqırımının 25 illiyinə həsr olunmuş yeniyetmə və gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi təşkil edib.
Soyqırımın 25 illiyinə həsr olunmuş rəsm sərgisi
Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Gülər Abdullayeva açaraq gənc rəssamları salamlayıb və Xocalı Soyqırımının dəhşətlərindən bəhs edib.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhla Qafarova öz çıxışında xalqımıza soyqırımı yaşadan tarixi düşmənlərimizin törətdiyi vəhşiliyin əsrlər boyu davam etdiyini vurğulayıb. Tarix səhifələrində xalqımıza qanlı-qadalı günləri yaşadanlara qarşı bütün vətəndaşların–“xüsusilə də yeniyetmə və gənclərin daim mübarizə aparmalı olduğunu, əsl vətəndaşlıq mövqeyini daim nümayiş etdirməyi, hər kəsin bacardığı sahədə təbliğatçılığı gücləndirməli olduğunu qeyd edib. Gənclərə öz xalqımızın tarixini dərindən öyrənməyi məsləhət bilib.
Gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. 12 rəssamın əsərinin sərgiləndiyi tədbir gənc rəssamların İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılması ilə yekunlaşıb.
Şəhla Qafarova

Şərh Yaz