İsmayıllı idmançıları rayon icra hakimiyyəti tərəfindən mükafatlandırıldı

29 dekabr 2016-cı il tarixdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı cənab Mirdaməd Sadıqovun tapşırığına uyğun olaraq RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və İsmayıllı Olimpiya-İdman Kompleksinin müdiri Tofiq Hümbətovun iştirakı ilə bir qrup idmançıya 2016-cı il ərzində qazandıqları yüksək nailiyyətlərə görə pul mükafatları təqdim edildi.İsmayıllı idmançıları rayon icra hakimiyyəti tərəfindən mükafatlandırıldıRayon İcra Hakimiyyətində keçirilən mükafatlandırma mərasimində gənclər və idman idarəsinin rəisi Taleh Salehov, İsmayıllı Olimpiya-İdman Kompleksinin müdiri Tofiq Hümbətov və gənc idmançı Tuncay Əliyev çıxışlarında idmançılara verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya, ölkədə, o cümlədən rayonumuzda idmanın inkişafına yaradılan gözəl şəraitə görə cənab Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Ölkədə dövlət gənclər və idman siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimova və dövlət siyasətini İsmayıllıda uğurla həyata keçirən RİH başçısı Mirdaməd Sadıqova öz təşəkkürlərini bildiriblər.
N.Kərimov

Şərh Yaz