Yaddas kitabcasi

Qolunuza qüvvət

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq 17-18 dekabr 2016-cı il tarixlərdə Bakı şəhərində Qol güləşi üzrə Respublika kuboku yarışı keçirilib.
Qolunuza qüvvət
İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən həmin yarışa ezam olunan qol güləşi üzrə məşqçi-müəllim Vüsal Qəzənfərovun yetirmələri kubok yarışlarında yüksək nəticələr göstəriblər.
İdmançılarımız – Ramil Seyidzadə 55 kiloqram çəki dərəcəsində sağ qol üzrə III, sol qol üzrə II yeri, Elşən İsmayılov 110 kiloqram çəki dərəcəsində sol və sağ qol üzrə III yeri tutub. Toğrul Şahlarlı 65 kiloqram çəki dərəcəsində sol qol üzrə II, sağ qol üzrə isə I yeri qazanaraq fəxri kürsünün yüksək pilləsinə yüksəlib. Qaliblərimizi təbrik edir, qolunuza qüvvət deyirik.
“İsmayıllı xəbərləri”

Şərh Yaz