Əlaqələrin genişlənməsinə töhfə

12 avqust 2016-cı il tarixində İsmayıllı rayonu və Yaponiyanın İto şəhəri arasında imzalanmış “Dostluq Mübadiləsi Haqqında Saziş” çərçivəsində “İto beynəlxalq qonaqlama təşkilatı”nın üzvü Konişi Tsuneo 2 şagird – Kaneko Reon, Sekikava Kiyotatsu ilə İsmayıllıda olublar. Səfərin məqsədi rayonun milli mətbəxi, zəngin mədəniyyəti və adət ənənəsi ilə tanışlıq xarakteri daşımışdır.
Əlaqələrin genişlənməsinə töhfə
İlk olaraq qarşılanma 12 avqust 2016-cı il tarixdə Heydər Əliyev adına Hava limanında olub.
15 avqust 2016-cı il tarixdə yapon qonaqlar rayon İcra Hakimiyyətində qarşılanıb. Görüşdə RİH başçısının müavinləri və şöbə müdirləri, o cümlədən RTŞ-nin müdir müavini, Yaponiyaya getmiş nümayəndə heyəti və şagirdlər iştirak ediblər. RİHB-nin birinci müavini Rövşən Ağayev qonaqları salamlayıb və rayon haqqında məlumat verərək bildirib ki, İsmayıllı rayonu İto şəhəri ilə əməkdaşlığa uyğun olaraq çoxsahəli əlaqələr qurub. Bu əlaqələr təhsil sahəsində daha geniş yer tutur və davam etdirilir. RİH başçısının birinci müavini qonaqlara hədiyyələr təqdim edib.
Öz növbəsində, qrupa rəhbərlik edən Yaponiyadan gəlmiş nümayəndə Konuşi Tsuneo göstərilən xüsusi diqqət və yüksək qonaqpərvərliyə görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirib, İsmayıllıda olduqlarından məmnunluğunu ifadə edib.
Yaponiyadan gələn nümayəndə üzvləri proqramda nəzərdə tutulmuş bir neçə ailədə qonaq qalaraq, avqustun 12-dən 24-dək rayonla tanış olmaq imkanı əldə ediblər. Onların bu səfəri İsmayıllının beynəlxalq əlaqələrinin genişlənməsinə əhəmiyyətli töhfə verəcəkdir.
Gülnarə Mirzəliyeva

Şərh Yaz