Azərbaycan bayrağını qaldırmağa çalışacağını deyib

İsmayıllı şəhər 5 saylı tam orta məktəbinin III sinif şagirdi, Şahmat məktəbində məşqçi Namiq Qasımovun apardığı dərnəyin üzvü Gülşən Allahverdiyeva 8 yaşlı qızlar arasında keçirlən şahmat yarışında Respublika çempionu olub və Avropa çempionatına lisenziya qazanıb.
Azərbaycan bayrağını qaldırmağa çalışacağını deyib
12 avqust 2016-cı il tarixdə Г‡exiyaya-Praqa şəhərinə səfər ərəfəsində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov şahmatçı qızı qəbul edib. Qəbulda rayon prokuroru, şahmat federasiyası rayon bölməsinin sədri Ülvi Abbasov, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, rayon Uşaq Şahmat Məktəbinin direktoru Nadir Hacıyev, Gülşənin valideyinləri, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.
M.Sadıqov Gülşənin uğuruna sevindiyini bildirib, valideyinlərinə və məşqçi müəllimə təşəkkür edib.
Ülvi Abbasov Gülşəni uğuru münasibətilə təbrik edib, onu yarışa gedişi üçün lazımi imkan və şərait yaradıldığını bildirib.
Gülşən Г‡exiyada birinci yer tutaraq, Azərbaycan bayrağını qaldıracağını deyib.
Rəşadət Süleynanov

Şərh Yaz