Xeyirxah olaq, qayğı göstərək

20 iyul 2016-cı il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı, Türk İşbirliyi və Koordinasiya Agentliyinin, Gəncliyə Yardım Fondunun maliyə dəstəyi ilə Qəbələ və İsmayıllı rayonlarında yaşayan, fiziki sağlamlığı məhdud olan 24 nəfərə əlil arabası təqdim olunub.
Xeyirxah olaq, qayğı göstərək
Tədbir İsmayıllı rayonunun “Günəş” istirahət mərkəzində keçirilib. Arabalar ümumi səbəbdən əlil olan insanlara verilib.
Tədbirdə RİH başçısının müavini Sevil Əhmədova, UADM-nin direktoru Lətifə Əliyeva qonaqlardan Əhməd Teçim, Mustafa Nazım Polat çıxış etdilər. İsmayıllı rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivi tədbirdə musiqi proqramı ilə çıxış ediblər.
Türkiyəli qonaqlarımız qardaş ölkədəki mövcud vəziyyətdən yan keçməyib, xeyirxahlıqdan, imkansızlara əl tutmaqdan danışıb, sülhsevər insanları, türk xalqını birliyə, həmrəyliyə çağırıblar. Tədbirin iştirakçıları istənilən anda Türkiyənin yanında olduqlarını çıxışları tamamlayan alqışları ilə diqqətə çatdırıblar.
Sonda ümumi səbəbdən birinci qurup əlil Şakir Ömərova Respublika üzrə paralimpiya yarışlarında ağır atletka üzrə III yer tutduğuna görə Fəxri fərman və qiymətli hədiyyələrlər təqdim olunub. Qarabağ əlili Anar Hacıyev, əlil Nicat Məmmədov onlara göstərilən qayğı və diqqətə görə tədbirin təşkilatçılarına və qonaqlara minətdarlıqlarını bildiriblər.
G.Baxışova

Şərh Yaz