Xalq Ali Baş Komandana, güclü orduya inanır

Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü elan edilib. Bu tarixi gün ölkəmizdə həmişə yüksək səviyyədə qeyd olunur, Azərbaycan xalqı Ali Baş Komandana, güclü ordumuza öz inam və etibarını ifadə edir.
Xalq Ali Baş Komandana, güclü orduya inanır
Silahlı Qüvvələr günü İsmayıllıda da yüksək səviyyədə qeyd olunub. 25 iyun tarixdə RİH-nin konfrans zalında RİH-nin başçısı Mirdaməd Sadıqovun, aparat işçilərinin, Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidməti (SHXГ‡DX) əməkdaşlarının, hüquq-mühafizə orqanları rəhbərlərinin və veteran hərbçilərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin bu gün Cənubi Qafqazda müasir hərbi texnika ilə təchiz edilmiş ən güclü ordu olduğu qeyd edilib.
RİH-nin başçısı M.Sadıqov bayram münasibəti ilə veteran hərbiçiləri, bütün Azərbaycan Ordusunu və xalqımızı təbrik edib. Başçı ölkəmizdə aparılan ordu quruculuğu, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədəki böyük xidmətləri barədə tədbirə toplaşanlara ətraflı məlumat verib, yenilməz Azərbaycan Ordusunun torpaqlarımızı mənfur erməni işğalından xilas etmək qüdrətinə malik olduğunu diqqətə çatdırıb.
Xalq Ali Baş Komandana, güclü orduya inanır
İsmayıllı rayon Məhkəməsinin hakimi Azad Əliyev, “Azərbaycan Bayrağı” ordenli veteran döyüşçü Eynulla Bağırov, 30 ildən çox orduda xidmət etmiş Əlaləm Babayev və başqaları çıxış edərək Azərbaycan Ordusunun keçdiyi tarixi yol, hazırkı döyüş qabiliyyəti barədə məlumat verib, bayram münasibətilə tədbirə toplaşanları təbrik ediblər.
Sonda bir qrup veteran hərbiçiyə və SHXГ‡DX İsmayıllı rayon şöbəsinin fəal əməkdaşlarına mükafat və Fəxri fərmanlar təqdim olunub.
Ş.Soltanov

Şərh Yaz