Tağlabiyan kəndində görüş-qəbul

21 iyun 2016-cı il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Tağlabiyan kəndində görüş-qəbul keçirib. Görüşdə aidiyyəti idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Görüş iştirakçıları ayrı-ayrılıqda ölkədəki, rayondakı inkişafdan razılıq edərək, fikirlərini mövcud problemlərin aradan qaldırılmasına yönəldiblər.
Tağlabiyan kəndində görüş-qəbul
Məktəb binasının müasirliyə uyğun olmaması, kənddəki elektrik transformatorunun aşağı gücdə olması, dirəklərin çürüyüb təhlükəli vəziyyət alması, torpaq islahatı zamanı sənədlərdə gedən səhvlər, kənddə məscid binasının yararsız hala düşməsi kimi məsələlər görüş-qəbulun söhbət mövzusu olub.
Səmimi söhbət zamanı iki məsələ daha önəmli hesab olunub. Belə ki, Tağlabiyana təbii qaz çəkilişi və Kəlfərəc kəndində ibtidai məktəb açılışının vacibliyi xüsusilə qeyd olunub.
Müraciətlər qeydə alınıb. Sakinlərin ümumi və fərdi problemlərini dinləyən M.Sadıqov aidiyyəti qurumlara tapşırıq və tövsiyələrini vermişdir.
Ş.Soltanov

Şərh Yaz