Ümid ümidlidir

Ümid 1999-cu ildə İsmayıllı şəhərində anadan olub. 7 yaşından idmanın cüdo növü ilə məşğul olur. Təlim-tərbiyəsi çalışqanlığı ilə hamının diqqətini cəlb edən Ümid çox keçmir ki, bu sahədəki uğurları ilə də müəllim və valideynlərini sevindirir. İstedadı ilə yoldaşlarından fərqlənən yeniyetmə idmançı hazırda Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin X sinfində oxuyur. Г‡alışqanlığı ilə seçilir.
Ümidin dediklərindən:
Ümid ümidlidir

– Bu idman növünə marağım uşaqlıqdan yarandı. O, idmançılara baxıb özümü də idmançılar kimi görmək istəyirdim. Atam mənim idmanın bu növünə olan sonsuz sevgimi görüb 2006-cı ildə rayonda təşkil olunmuş cüdo qrupuna yazdırdı. İlk vaxtlar bura gələndə məşqçi müəllimin verdiyi tapşırıqları, göstərdiyi fəndləri layiqincə yerinə yetirə bilməyəcəyindən qorxurdum. Ancaq istedadlı peşəkar və sevimli müəllimlərimin doğma münasibəti məndə özümə qarşı böyük inam yaratdı.
Hazırda həvəslə, yorulmadan məşq edirəm, çalışıram ki, mənə etimad göstərən müəllimlərin əməyini puç etməyim. Məşqçi-müəllimin Əkbər Şəfaqətov bu idman növünün bütün incəliklərini mənə həvəslə öyrədir. Müxtəlif illərdə bir sıra turnirlərdə çıxış etmişəm. Hər qələbədən sonra sevincimin həddi hüdudu olmur. Belə anların sevincini sözlə ifadə etmək çox çətindir. Əldə etdiyim uğurlar məndə yeni qələbələrə inam yaradır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan yarışa qatıldım, rəqiblərim daha güclü oldu, III yerlə kifayətlənməli oldum.
Ümid Əliyev öz üzərində çalışmağı bacaran, böyük potensiala malik və həmişə yüksək ruhda olan idmançıdır. Ən böyük arzusu Avropa və dünya çempionu olmaqdır.
Niyyətin hara, mənzilin ora, – deyib atalarımız. Sənə böyük ümidimiz var, Ümid!
Elvin Əliyev,
məktəbin müəllimi

Şərh Yaz