Yaddas kitabcasi

Ordumuza dəstək mitinqi

İsmayıllı gəncləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinə və onun rəhbərliyi ilə Böyük Qələbə uğrunda döyüşə başlamış Azərbaycan ordusuna izdihamlı dəstək mitinqi keçiriblər.
Ordumuza dəstək mitinqi
Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin qarşısındakı meydana toplaşan gənclər əllərində Dövlət bayraqları, ordunu, şəhidləri, Vətəni vəsf edən plakatlar, çağırışlar tutaraq səfərbəredici çıxışlar ediblər. Gənc müəllim Rəşid Məmmədov, QMƏVŞA ictimai birliyi rayon filialının sədri Vidadi Zərbiyev, Azərbaycan Bayrağı ordenli, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Eynulla Bağırov, YAP rayon təşkilatı gənclər birliyinin sədri Şəhla Qafarova, Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi Rahid Rəcəbli çıxış edərək bütün Azərbaycan gəncliyi, veteranları ilə birgə Böyük Qələbəyə doğru yürüşə hazır olduqlarını bildiriblər. Г‡ıxışlarda fəxrlə qeyd olunub ki, mübariz əsgərlərimiz işğalçını öz çirkin yuvasına qədər qovmaq əzmi nümayiş etdiriblər. Kollecin tələbəsi Gülnar Teymurlu döyüş, qələbə ruhlu şeir söyləyib.
Ordumuza dəstək mitinqi
Ordumuza dəstək mitinqi
Ordumuza dəstək mitinqi
Meydandakı mitinqdən sonra gənclər vətənpərvərlik mahnıları, səfərbərlik və orduya dəstək şüarları səsləndirərək, Azərbaycan Himnini oxuyaraq Şəhidlər xiyabanına yürüş ediblər. RİH başçısı Mirdaməd Sadıqov, hüquq-mühafizə orqanlarının rəhbərləri də yürüş iştirakçıları ilə bir arada olublar.
Yürüşün sonunda gənclər Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul ediblər. Mitinq-yürüş bir daha göstərdi ki, xalqımız müharibə istəmir, lakin müharibəyə hazırdır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz