Yaddas kitabcasi

İsmayıllılar igid oğlunu son mənzilə yola saldı

Aprel ayının 1-dən başlayaraq cəbhə bölgəsində ermənilərin törətdiyi təxribatlar nəticəsində başlanmış əməliyyatlarda Azərbaycan ordusunun düşmənə verdiyi layiqli cavab hamıda yüksək əhval-ruhiyyə yaratmışdır. Ordumuz düşmənə sarsıdıcı zərbələr vurub.
Düşmənin yüzlərlə əsgərini, hərbi texnikasını, bir neçə komanda qərərgahını sıradan çıxaran ordumuzda Vətən uğrunda qətiyyət, şücaət, mərdlik və mübarizliklə döyüşən əsgərlərimizdən şəhidlik zirvəsinə ucalanlar olub. Onlardan biri rayonumuzun Maçaxı kəndində dünyaya göz açmış Vahabzadə Mikayıl Yaqub oğludur.
İsmayıllılar igid oğlunu son mənzilə yola saldı
Mikayıl ailədə, kənddə, oxuduğu məktəblərdə hamının sevimlisi idi. Davranışı, savadı, vətənpərvərliyi ilə seçilirdi. Sumqayıt Dövlət Universitetini bitirib ali təhsil almışdı. Hərbi xidmətə 2015-ci ilin iyul ayının 15-də çağırılmışdı…
Aprel ayının 9-da minlərlə İsmayıllı sakini igid oğlunu son mənzilə yola saldı. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, millət vəkilləri Novruzəli Aslanov, Tahir Kərimli, RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidmətinin, şəhidin xidmət etdiyi hərbi hissənin rəhbərliyi, rayon əhalisinin minlərlə nümayəndəsi şəhid əsgərlə vidalaşmaq üçün Maçaxı kəndinə – Yaqub kişinin həyətinə toplaşmışdılar.
İsmayıllılar igid oğlunu son mənzilə yola saldı
Cənazə namazı qılınandan sonra insan seli şəhidin Azərbaycan bayrağı örtüklü tabutunu kəndin qəbirstanlığına gətirdi. Mikayılın dünyaya göz açdığl evdən qəbirstanlığa qədər uzun bir yolu alqışlar ara vermədi. Gənclərin əllərində Azərbaycan Respublikasının üçrəngli bayraqları dalğalanır, mərasimi daha da möhtəşəm edirdi. İzdihamın içindən “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Vətənə məhəbbət, düşmənə nifrət!” və digər vətənpərvər şüarlar səslənirdi. Bu nidalar ətrafdakı dağlarda əks-səda verərək ilin bu çağlarında təlatümlü olan Girdiman çayının sularına qoşulub daha uzaqlara yayılırdı.
İsmayıllılar igid oğlunu son mənzilə yola saldı
Kənddən xeyli yüksəkdə olan qəbirstanlıq tarixində belə izdihamlı mərasim görməmişdi. Mərasimi Dövlət qulluğu veteranı Valeh Salehov açdı. Dövlətimizin qüdrəti, ordumuzun gücü, son günlərdə baş verən hərbi qarşıdurma, əzgər və zabitlərimizin qəhrəmahlıqları barədə qısa məlumatdan sonra mərasim açıq elan olundu, Dövlət himni səsləndirildi.
İsmayıllılar igid oğlunu son mənzilə yola saldı
Şəhidin məzarı başında çıxış edənlər bildirdilər ki, tezliklə möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət və ordumuzun müzəffər yürüşü nəticəsində erməni tapdağında olan torpaqlarımız işğaldan azad olunacaq və onda biz Vətən boyunca şəhidlərimizin məzarı önünə gələrək deyəcəyik: “Rahat uyu, Vətənimizin igid oğlu! Uğrunda canını verdiyin müqəddəs vəzifə yerinə yetirilib. Torpaqlarımız düşmən tapdağından azad olunub”.
Ordumuzun növbəti erməni təxribatına qarşı göstərdiyi igidlik bütün Azərbaycan xalqında ruh yüksəkliyi yaratmışdır. Bu günlərdə gənclərimiz könüllü olaraq Vətən uğrunda döyüşə atılmaq üçün Ali Baş Komandana, Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidməti orqanlarına müraciət edirlər.
İsmayıllılar igid oğlunu son mənzilə yola saldı
Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əlitevin ətrafında sıx birləşərək, onun əmrini gözlədiklərini bildirdilər.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgərləri tərəfindən şəhidə ehtiram əlaməti olaraq yaylım atəşi açıldı. Şəhidin tabutuna salınmış üçrəngli bayrağımız ailənin ağsaqqalına təqdim olundu.
Dəfn mərasimi iştirakçılarında müşahidə olunan yüksək vətənpərvərlik ruhu onu deməyə əsas verir ki, xalqımız bundan sonra torpaqlarımızın əsarətdə qalmasına dözməyəcəkdir.
Şahməmməd Dağlaroğlu

Şərh Yaz