İxtisas düzgün seçilərsə –¦

Gənclərin peşə seçimi məktəb illərində formalaşır. Buna görə də məktəblərdə mütəxəssislər gənclərlə mütəmadi söhbətlər aparır, onların maraq dairəsində olan ixtisasların mahiyyəti izah olunur. Maarifləndirici söhbətlər ixtisas seçimində düzgün qərar verilməsi baxımından əhəmiyyət daşıyır. Şagirdlər bu vasitə ilə onları düşündürən məsələlərə cavab tapırlar.
İxtisas düzgün seçilərsə –¦
8 aprel 2016-cı il tarixində İsmayıllı rayon Məşğulluq Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində valideynlər, müəllimlər və yuxarı sinif şagirdləri üçün “Düzgün ixtisas seçimində valideynlərin rolu” mövzusunda treninq keçirildi.
Tədbir son günlər ordumuzun apardığı uğurlu döyüş əməliyyatlarında şəhid olan qəhrəmanların ruhunu bir dəqiqəlik sükutla yad etməklə başladı. Tədbirdə çıxış edən İsmayıllı Məşğulluq Mərkəzinin direktoru Həsən Həsənov tədbirin keçirilməsi məqsədini iştirakçılara çatdırdı.
Fondun təlimçisi Gülnar Xasıyeva və xidmətin psixoloqu Xatirə Səfərova iştirakçılara ixtisas seçiminin istiqamətləri, mərhələləri, psixoloji hazırlığın aparılması yolları və vacibliyi barədə geniş məlumat verdilər. Tədbirdə çıxış edən DMX -nin məsləhətçisi Cavid Süleymanov, Elnur Tağyev, Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi Elçin Məmmədov belə tədbirlərin vaxtaşırı keçirilməsinin önəmli və vacib olduğunu vurğuladılar.
İxtisas düzgün seçilərsə –¦
Məktəb direktoru bildirdi ki, təşkil olunan peşə hazırlığı kursları məktəblilər, xüsusilə də yuxarı sinif şagirdlərinin bu vərdişlərə yiyələnməsi baxımından əhəmiyyət daşıyır. Peşənin seçimində istəklərlə yanaşı, bacarıq və qabiliyyətlərin düzgün qiymətləndirilməsi də vacib şərtdir.
İştirakçılar sonda mövzu ilə bağlı video-çarxa tamaşa etdilər.
Aynurə Orucova

Şərh Yaz