Yaddas kitabcasi

Sağlam gənclik naminə

Yanvar ayının 7-də İsmayıllı rayon Uşaq kitabxanasında Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Narkotiklərə Qarşı Təbliğat (NQT) ictimai birliyinin təşəbbüsü ilə sağlam gənclik naminə “ağ ölüm”ə yox deyək layihəsi üzrə görüş-seminar keçirilib.
Sağlam gənclik naminə
Tədbirdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin (Gİİ) sədri Taleh Salehov, İsmayılı Rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin müdiri Xətai Abbasov, kütləvi informasiya vasitələrinin nümayəndələri və İsmayıllı gəncləri iştirak ediblər.
Tədbiri İsmayıllı Gİİ-nin sədri Taleh Salehov açıb, narkomaniyanı cəmiyyətin ən böyük problemlərindən biri kimi səciyyələndirib.
Tədbirin mahiyyəti barədə geniş məlumat verən İsmayılı Rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin müdiri Xətai Abbasov zərərli vərdişlərin cəmiyyət üçün bütün dövrlərdə ciddi təhlükə olduğunu vurğulayıb. O, rayonda narkomaniyanın durumu barədə məlumat verib. Bildirib ki, rayon gənclərinin zərərli vərdişlərə meyli o, qədər də diqqət çəkən deyil. Natiq həmçinin, zərərli vərdişlərin və narkotik vasitə aludəçilərinin qanunvericiliklə, müvafiq məsuliyyətə cəlb olunmalarını gənclərin diqqətinə çatdırıb.
Sağlam gənclik naminə
NQT ictimai birliyinin sədr müavini Leyla Yolçuyeva, icra etdikləri layihənin mahiyyətini açıqlayıb. Layihədə tələbələr, yuxarı sinif gəncləri arasında narkomaniya əleyhinə maarifləndirmə tədbirlərinin keçirilməsi və cəmiyyətin aparıcı qüvvəsi olan gənclərdə narkomaniyaya nifrət hissinin oyadılması məqsədlərinin reallaşdırılması nəzərdə tutulur.
Bizim Gənclik ictimai birliyi və BMT-nin gənclər üzrə məşvərət şurasının sədri Sona Əlizadə dövlətimizin sözügedən məsələ ilə bağlı beynəlxalq arenada nümayiş etdirdiyi mövqedən danışıb, narkomaniyaya səbəb olan amillərdən bəhs edib. Son illər Azərbaycanda aparılan araşdırmalarda narkomaniyanın daha da genişləndiyi və gənclərin narkomaniya hədəfi olduğunu deyib. Gənclərin aparıcı qüvvəsini isə tələbələr təşkil edir. Bu cür vəziyyətin davam etməsi isə Azərbaycan tələbələri üçün, bir sözlə gələcəyimiz üçün də təhlükə olduğunu xatırladıb. O, gənclərimizi bütün növ zərərli vərdişlərdən kənar olmağa çağırıb.
Tədbirdə gənclərlə diskussiyalar aparılıb, onların fikirləri dinlənilib. Gəncləri düşündürən suallar cavablandırılıb.
Sonda iştirakçılara maarifləndirici bukletlər paylanılıb.
Elnarə Qasımova

Şərh Yaz