Yaddas kitabcasi

İsmayıllı: miflər və reallıqlar və ya İsmayıllının icra başçısına qarşı kimlər və niyə kompaniya aparır

Bu günlərdə bir səngər dostumla görüşmək üçün İsmayıllı rayonuna yolum düşdü.
Fürsətdən istifadə edib, İsmayıllı rayonunda nələrin baş verdiyini gözlərimlə görmək istədim. Həm də İsmayıllı İcra Hakimiyyətinin başçısını əvvəldən tanıyan bir adam kimi, onun necə işıqlı bir ziyalı olduğunu bilən adam kimi, başa düşmək istəyirdim ki, insan həqiqətən də belə dəyişə bilərmi?
İsmayıllı: miflər və reallıqlar və ya İsmayıllının icra başçısına qarşı kimlər və niyə kompaniya aparır
Mətbuatda gedən yazılarla tanış olan insanın gözünün qarşısına mafioz bir korrupsioner, hakim kreslosunu əlinə keçirəndən sonra işi-peşəsi ancaq xalqın dərisini soymaqla məşğul olan yekəqarın bir məmur obrazı göz qabağına gəlir. Mən isə onu Bakıda texnikum direktoru olarkən bir görüşümdə gördüyüm kimi, yumşaq, ziyalı, diqqətli və insanın dərdinə yanan bir böyük ziyalı kimi xatırlayırdım. İsmayıllıda mənə dedilər ki, bu gün İcra Hakimiyyətində rəhmətlik akademik Maqsud Cavadovun anım günü keçirilir. Azərbaycanın böyük oğlu akademik Maqsud Cavadovun anım günü (Rəhmətlik akademik Maqsud Cavadov mənim qardaşımın müəllimi və elmi rəhbəri olub. Münasibətləri o qədər yaxın olub ki, qardaşım onun şərəfinə oğlunun adını Maqsud qoymuşdu).
Yolumu İcra Hakimiyyətinin binasına tərəf saldım, kim olduğumu və məqsədimi növbətçiyə dedim. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd müəllimlə görüşümüz baş tutdu. Baxmayaraq ki, rəhmətlik akademik Maqsud Cavadovun anım günü ilə bağlı tədbir başlamalı idi, Mirdaməd müəllim mənim xahişimi rədd etmədi və vaxtının 10 dəqiqəsini mənə ayırdı. Mirdaməd müəllmlə söhbətimizi sizə təqdim edirəm:
– Salam, Mirdaməd müəllim! Siz elm adamısınız, bu admnistrativ iş çətin deyil ki?
– Xoş gördük. Yox. Niyə çətin olmalıdır? Öz xalqıma, elimə qulluq etmək, bunu ürəkdən, təmiz əllərlə başa vurmaq niyə çətin olmalıdır?
– Axı mətbuatda nələr yazmırlar?
– (Gülür) Bilirsiz, bir az tarixə getmək istəyirəm. Mən çox kasıb bir ailədə böyümüşəm. Atam məni usta yanına qoymuşdu ki, gündə 1 abbası (iyirmi qəpik) pul qazanım. Misgər yanında körük basırdım. Mən də bu eldənəm. Lahıcdanam.
İsmayıllı: miflər və reallıqlar və ya İsmayıllının icra başçısına qarşı kimlər və niyə kompaniya aparır
Böyüdüm, institutu qızıl medalla bitirdim. Rəhmətlik ulu öndər Heydər Əliyev bir neçə azərbaycanlı balasını, o cümlədən məni də Moskvaya, aspiranturaya göndərdi. Sonra İtaliya və mən Azərbaycana elmlər doktoru olaraq qayıtdım. Rəhmətlik Ulu öndərin çörəyini yeyirəm və bunu heç zaman unutmuram. Ona görə də Prezidentimiz mənə rayonu tapşıranda, hər şeyi atıb, canla-başla Prezidentimizin etimadını doğrultmaq üçün çalışmağa başladım. Heç kim öz işinə pis deməz. Ona görə buradan çıxanda camaatla görüşün, danışın və özünüz nəticə çıxarın. Mən mətbuatın həmişə dördüncü hakimiyyət olduğunu demişəm. Heç kim mükəmməl deyil. Ola bilər nəyi isə görməmişəm, fikir verməmişəm, hardasa səhv olub. Ola bilər. Yazın, tənqid edin. Biz düzəldək. Əgər tənqid sağlamdırsa, qəbul etmişəm. Г‡ünki tənqid inkşafın açarıdır. Ancaq sağlam, qərəzsiz tənqid. Yoxsa qarayaxdı, məqsədyönlü yox. Mən rayona gələndə rayon bərbad vəziyyətdə idi. Nəsə tikmək üçün 5 metr torpaq tapa bilməzdin. Hamısı zəbt edilmişdi. Otlaq yerləri, örüşlər də. Camatın iş yeri yox idi. Bəs bu camaat nə ilə dolanmalı idi?
Bir sıra problemləri həll etdik. Bir çoxunu isə həll edirik. Qanunsuz zəbt edilmiş torpaqları qaytarmışıq. Г‡oxlu ictimai və sosial binalar tikmişik. Tikiş fabriki açmıçıq. Qadınlarımız burada iki növbədə işləyirlər. Baxın, gələndə mənə deyirdilər ki, bir şirə zavodu tikin. Amma niyə? Qonşuluğumuzda olan və böyük qüvvəyə malik Qəbələ şirə və konserv zavodu ilə niyə rəqabətə girməliyik? Eyni regiondayıq və biz tək rayonumuzun yox, regionunda iqtisadi inkşafını fikirləşməliyik. Ona görə qərara gəldim ki, İsmayıllıda Velisoped zavodu tikək. Həm dövlətimizə, həm də rayonumuza gəlir gətirsin. İki elektrik stansiyası tikmişik. Özümüzü istehsal etdiyimiz enerji ilə təchiz edək, artığını da qonşu rayonlara sataq. Rayon turist yönümlüdür. Təbiətimiz gözəldir. Gərək elə edək ki, turistlər üçün bura cəlbedici olsun. Bu da büdcəmizə və camaatımızın rifahına bir köməkdir. Axı bu rayon niyə dotasiya ilə yaşamalıdır? Biz qazanmalı, həm rayonumuza, həm də dövlətimizə xeyir verməliyik.
Mən gələndə rayonda orta gəlir 456 manat idi. İndi 1900 manatdır. Qeyd etdiyim işlər həm də təzə açılan iş yerləridir. Velisoped zavodu üçün ali təhsilli cavanlarımızı Bolqarıstana göndərəcəyik ki, təcrübə qazansınlar, öyrənsinlər. Onda cavanlarımız da rayonda qalacaqlar və şəhərə qaçmayacaqlar
İsmayıllı: miflər və reallıqlar və ya İsmayıllının icra başçısına qarşı kimlər və niyə kompaniya aparır
– Mirdaməd müəllim, bəs bu mətbuatda gedən yazılar?
– Bilirsiniz, mən gələndən sonra nə qədər məmur vəzifəsini itirdi? O köhnəliyin qalıqları, köhnə ənənənin tərəfdarları. Onlardırlar, təslim olmurlar. Qara yaxırlar. Rəhmətlik akademik Əhməd Mahmudov Azərbaycanın böyük alimi idi və əgər elə olmasa idi, rəhmətlik ulu öndər Heydər Əliyev onun Fəxri Xiyabanda dəfn olunmasına icazə verməzdi. Amma o, mənim nə müəllimim, nə də opponentim olmayıb. O bütün Azərbaycanın alimi idi. Oğlu əgər hansısa cinayəti edibsə, bunun rəhmətlik akademikimizə nə dəxli. Edib, Prezidentimiz onun qanunla cəzasını verəcək. O, köhnə qafalı məmurların arxadan mənə vurmaq istədikləri zərbələrdir, qara yaxmalardır, yoxsa heç olmasa bir məntiqə uyğun şey yazardılar (gülür).
Onların məntiqi ilə indi biz rəhmətlik Maqsud Cavadovun anım gününü keçirdirik, mən nəsə güdürəm bundan? Görəsən nə? Hansısa qadın mənim üçün brilyant al-veri edir, Ayıbdır axı. Bu dərəcədə vicdansızlıq olmaz. Mən əslən Lahıcdanam, bizimkilər mis tanıyırlar, harda qalayçı misgər görsən bil ki, bizimkilərdir. Lakin brilyant alveri…
Nə isə, bu dördüncü hakimiyyət heç olmasa belə materiallar alanda bir yoxlasınlar.
– Mirdaməd müəllim, niyə Velisoped zavodu?
– Mən iqtisadçıyam. İş görməmişdən qabaq hər şeyi hesablayıram. Regionda belə zavod yoxdur. Biz velosipedləri idxal edirik. Niyə? Hazır qoy özümüzün olsun. Həm də daxildə heç kimlə rəqabət aparmayaraq qazanaq. Və rayon gəncləri üçün iş yerləridir. Yüzlərlə gəncimiz işlə təmin olunacaq. Necə ki, yüzlərlə qadınlarımız Tikiş fabrikində işləyərək evlərinə maaş aparırlar.
– Mirdaməd müəllim, təşəkkür edirəm. Mən sizi əvvəldən tanıyırdım, şükür ki, dəyişməmisiniz. Sizə uğurlar arzu edirəm!
– Niyə dəyişməliyəm? Mən ağır bir seyid ocağındanam. Lahıcda ağır ocağımız var. Babalarımdan birinin qəbri imamzadədə imamın ayaqları altındadır. Özüm də uşaqlıqdan zəhmətin, kasıbçılığın necə ağır olduğunu bilirəm. Elə etməliyəm ki, camaat firavan yaşasın, yoxsa, rüşvətxorlar yox. Mən o rüşvətxorlardan bu camaatın canını qurtarmışam. Onlar da indi güya intiqam alırlar. Elə bilirlər vəzifələrinə qayıdacaqlar. Olmayacaq. Prezidentimiz yeni, işıqli bir cəmiyyət qurur və mən də var gücümlə ona bu işdə öz yerimdə kömək edəcəm.
Bağışlayın məni, artıq anım gününə qonaqlar gəlib. Sağ olun!
Beləliklə, mən icra başçısı ilə sağollaşdım. Mirdaməd müəllim Bakıdan gələn alim qonaqlarının yanına, mən isə şəhərlə tanış olmaq üçün İsmayıllını gəzməyə başladım.
Elə ilk addımda bağda yaşlı kişiləri gördüm. Şəhərdə vəziyyəti öyrənmək üçün onlarla söhbət etdim.
Onların dedikləri ilə başçının dedikləri tam üst-üstə düşdü. Hətta, deyərdim başçı bir qədər təvazökarlıq belə etmişdi.
İsmayıllı: miflər və reallıqlar və ya İsmayıllının icra başçısına qarşı kimlər və niyə kompaniya aparır
Ağsaqqallardan birinin dediklərindən:
– Köhnə başçılar ancaq çapıb-talamağa gəlirdilər. Pulsuz adama salam belə vermirdilər. Hər şey dağılmışdı. İsmayıllı ancaq onlar üçün kef, eyş-işrət yeri idi. Day abır-ismət qalmamışdı. Günün günorta vaxtı qızları doldururdular maşına şütüyürdülər buralarda. Heç camaatı fikirləşən yox idi. Amma Seyid gələndən vəziyyət dəyişdi (Onlar Mirdaməd müəllimə Seyid deyirdilər). Bax, arvadlar üçün fabrik tikdirdi. Yolları, küçələri düzəltdirdi. Gör nə qədər binalar tikdirib? Uşaqlar tikintidə işləyirlər. İndi də təzə nəsə zavod tikdirir. Rüşvət almağa qorxurlar. Əvvəl İcra Hakimiyyətinə girə bilmirdin. İndi nə zaman istəyirsən get, Seyidə dərdini danış. Kömək edəcək. Yerlidir, çox şeyi bilir. Kəndlərdə otlaq yerlərimizi əlimizdən almışdılar. Heç nə edə bilmirdik. Seyid alıb qaytardı. Seyid yaxşıdır. Camaatın adamıdır.
Г‡örək yediyim kafenin sahibi:
– Əvvəllər gəlirdilər ki, buranı işlədirsən pul ver. Axı niyə verməliyəm? Verirdim. Verməsə idim başıma oyun açardılar. İndi isə yaxşıdır. Seyiddən qorxurlar. Vermirəm. Namusumla, alın tərimlə pul qazanıram, onlara niyə verməliyəm?
Beləliklə, İsmayıllıda köhnə, arxaik məmur özbşınalığı ilə təzəliyin yeni iqtisadi fikirin, korrupsiyasız, rüşvətsiz iş həyatı yaratmaq istəyənlərin mübarizəsinin şahidi oldum. Hər halda, danışdırdığım İsmayıllı camaatının hamısı yeni icra başçısından tam razılıq edirdilər. Əslində, bu gün abadlaşmış və asta-asta da olsa keçmişin bataqlığından qurtulub əsl gözəlləşmiş simasını alan İsmayıllını görən hər kəs bu adamlarla razılaşar. Bunlar da İsmayıllının İcra Hakimiyyəti başçısı Mirdaməd müəllimin zəhmətinin bəhrəsidir.
Biz də ona uğurlar arzu edək!
Tərəf.info

Şərh Yaz