Birlik təlimlər keçirib

“Xəzər – Gələcək Naminə Tərəfdaşlıq” ictimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi 2015-ci ilin maliyyə müsabiqəsində iştirak etmiş və “Azərbaycan Respublikasında dini ekstremizimlə qanunvericilik vasitəsilə mübarizə və milli-dini birlik barədə doktirinanın hazırlanması (din, cəmiyyət və qanun bir vəhdətdə)” adlı layihəsilə qalib olub.
Birlik  təlimlər keçirib
Layihə çərçivəsində 17 oktyabr 2015-ci il tarixdə İsmayıllı rayonunda təlimlər keçirilib. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, eləcə də müxtəlif dini təmayüllərin Azərbaycan mühitində fəaliyyəti barədə toplantı iştirakçılarına məlumatlar verilib.
Heydər Əliyev Mərkəzində reallaşan tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasov açıb.
Sonra hüquq elmləri üzrə fəlsəfə doktoru, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov Azərbaycanda dini etiqad azadlığı və qanunvericilikdə nəzərdə tutulmuş məsələlər barədə təlim iştirakçılarına ətraflı məlumat verib və məruzə ilə çıxış edib.
Tədbirə toplaşanlar Azərbaycanda dini tolerantlıq, hüquq, siyasi və ictimai aspektlər, dinin insan həyatı və cəmiyyətdə rolu barədə bilgilərlə məlumatlandırılıblar.
Tədbir iştirakçılarından Şahzadə Bilalov, Rəşid Məmmədov çıxış edərək professor R.Məmmədova, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri S.Həsənova minnətdarlıqlarını ifadə ediblər.
Sonda toplantı iştirakçılarına R.Məmmədovun “Azərbaycanda dini etiqad azadlığı və qanunvericiliyi” və S.Həsənovun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun kommentariyası” adlı kitabları tədbir iştirakçılarına paylanıb.
Nəsimi Teymurov

Şərh Yaz