Maqsud Cavadoun anım günü qeyd olundu

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə rayondan olan tanınmış elm adamlarının, ziyalıların, yazıçı və şairlərin, milli qəhrəmanların, əmək qəhrəmanlarının, respublika miqyasında tanınan təsərrüfat rəhbərlərinin yubileylərinin, anım və xatirə günlərinin keçirilməsi üçün təşkilat komitəsi yaradılıb.
Sərəncamın imzalanmasından bir neçə gün sonra – 9 oktyabr 2015-ci il tarixdə rayonda ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında Maqsud Cavadovun xatirəsinə həsr olunmuş riyyaziyyat üzrə olimpiada keçirilib.
Maqsud Cavadoun anım günü qeyd olundu
15 oktyabr 2015-ci il tarixdə isə görkəmli alimin doğulduğu Basqal qəsəbəsində və təhsil aldığı məktəbdə anım günü qeyd olunub. Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Sevil Əhmədova Maqsud Cavadovun xatirəsini əziz tutanları salamlayıb. O, qeyd edib ki, RİH başçısı Mirdaməd Sadıqovun təşəbbüsü və dəstəyi ilə keçirilən bu cür tədbirlərin gənc nəslin tərbiyəsində və gələcək inkişafında böyük əhəmiyyəti vardır. Maqsud Cavadovun nəvəsi Gülnarə Cavadova babası haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Görkəmli alimin qardaşı qızı Maisə Cavadova əmisinin necə fenomen yaddaşa malik olduğunu, onun həyatında və təhsilində böyük rol oynadığını qeyd edib. Maqsud Cavadovun tələbəsi olmuş İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi İzhar Kazımov müəllimi haqqında xatirələrini söyləyib, onun bacarıqlı təşkilatçı və səmimi insan, böyük alim olduğunu bildirib. El ağsaqqalı, yazıçı-publisist Miryavər Hüseynov Maqsud müəllim haqqında yazdıqları və gördükləri barədə geniş danışıb. Tədbirin sonunda qəsəbə tam orta məktəbinin şagirdləri xalq şairi Hüseyn Arifin Maqsud Cavadova həsr etdiyi şeirləri söyləyərək onun xatirəsini bir daha yad ediblər.
Tədbirdə Maqsud Cavadovun həyatına və elmi fəaliyyətinə həsr olunmuş videoçarxa baxılıb.
Kamran Məlikzadə

Şərh Yaz