Tariximizin izi ilə

15 sentyabr -15 dekabr 2015-ci il tarixlərini əhatə edən gənclərin regionlararası intellektual çempionatına hazırlıq məqsədi ilə oktyabr ayının 14-də İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyində görüş keçirilib.
Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açıb, qonaqları və iştirakçıları salamlayıb.
Tariximizin izi ilə
Tariximizin izi ilə
“Gələcəyə körpü” Gənclər İctimai Birliyinin rəsmisi Azərbaycanda fəal gənclərin inkişafına nail olmaq, sağlam vətəndaş cəmiyyətini təsis etmək, gənclərin beynəlxalq səviyyədə ölkəmizi təmsil etməsinə yardım göstərmək, məşğulluğu sahəsində bir sıra layihə və proqramlar həyata keçirilməsi və həmin proqramlardan birinin 6-8 noyabr 2015-ci il tarixdə Gəncə şəhərində “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu”nun maliyyə dəstəyi ilə icra olunacağını bildirib. Onun çıxışından “Tariximizin izi ilə” gənclərin regionlararası intellektual çempionatının keçiriləcəyi məlum olub
Tədbirdə iştirak və çıxış edən RİH əməkdaşı Rövşən Yəhyayev son illərdə rayon gənclərinin fəallığının artdığını qeyd edib, həmçinin tədbirin mahiyyəti barədə danışıb.
Təşkilatın rəsmisi gənclərlə söhbətdə onların mövzu ilə bağlı irad və təkliflərini öyrənib.
Regionlardan olan intellektual gənclərin araşdırılması və “Dövlət Bayrağı Günü”nə həsr edilmiş turnirə cəlb olunması da müzakirə olunub. Bu layihənin birinci mərhələsinin 9 regionda keçirilməsi nəzərdə tutulub. İsmayıllı rayonu həmin regionlardan biri kimi müəyyənləşdirilib.
İkinci mərhələ Gəncə şəhərində, ev sahibləri daxil olmaqla hər regiondan beş nəfər, ümumilikdə, 50 nəfər gəncin iştirakı ilə keçiriləcək. Təşkilatın təmsilçisi tədbirin təşkilinə və göstərilən diqqətə görə rayon İcra Hakimiyyəti aparatına təşəkkürünü bildirib və İsmayıllını təmsil edəcək gənclərə uğurlar arzulayıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz