Yaddas kitabcasi

Problemlər həllini tapır

Əhalinin sosial durumu, yaşayış tərzi ilə yerlərdə tanışlığa üstünlük verən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov sentyabr ayının 23-də rayonun Keyvəndi və Minkə kəndlərinin sakinləri ilə səyyar görüş-qəbul keçirib.
Keyvəndi İƏD-i kənd özü daxil olmaqla Minkə, Şəbyan, Pirəbilqasım, Bəhliyan və Bilistan yaşayış məntəqələrini əhatə edir. Keyvəndidə tam orta məktəb, kitabxana, klub, həkim məntəqəsi, poçt şöbəsi və ATS fəaliyyət göstərir. Məktəb uyğunlaşdırılmış binada yerləşir, 180 şagird yerlik şəraiti olsa da, şagirdlərin sayı 47 nəfərdir. Minkə kəndindəki ümumi orta məktəb 80 şagird yerlikdir. Hazırda məktəbdə 36 şagird təhsil alır.
Problemlər həllini tapır
Keyvəndidə 60 ev, 50 təsərrüfatda 215 nəfər sakin vardır. Minkə kəndində isə, 48 təsərrüfatı birləşdirən 45 evdə 246 nəfər yaşayır.
Ərazidəki torpaqlar kifayət qədər münbit, əkinçilik və heyvandarlıq üçün əlverişlidir. Yəqin ki, bu səbəbdən Keyvəndi kəndində 1500 başlıq heyvandarlıq kompleksinin tikintisi günün reallığına çevrilib. Kompleksin işə düşməsi ərazidə yaşayanların bir sıra problemlərinin həlli kimi dəyərləndirir.
Hazırda Keyvəndi kəndində içməli su problemi yaşanır. Vaxtı ilə qazılmış iki artezian quyusunun nasosları sıradan çıxıb. Sakinlər kənd yolunun asfaltlaşdırılmasını kənddə yeni məktəb və klub binalarının tikilməsini, İƏD ərazisində kəndlərin mavi yanacaqla təmin olunmasını, kənddaxili yararsız elektrik dirəklərinin dəyişdirilməsini xahiş ediblər.
Sakinlərin çıxışlarından sonra RİH başçısı M.Sadıqov səsləndirilən problemlərin həlli istiqamətində aidiyyəti idarələrin rəhbərlərinə tapşırıqlar verib. Problemlərlə bağlı aidiyyəti rəsmilərin verdiyi arayışlardan məlum oldu ki, qısa bir zamanda kəndlərin işıq və su problemləri aradan qaldırılacaq. Digər məsələlərin həlli barəsində isə nazirliklər səviyyəsində iş aparılmaqdadır.
Ş.Soltanov

Şərh Yaz