Yaddas kitabcasi

İsmayıllıda YAP namizədinin imzatoplama kompaniyası uğurla yekunlaşır

YAP Mərkəzi Seçki Qərargahı tərəfindən 1 noyabr 2015-ci il tarixdə keçiriləcək parlament seçkilərinə hazırlıq işləri yüksək sürətlə davam etdirilir. Belə ki, Seçki Məcəlləsinin tələblərinə tam riayət olunaraq seçkilərin tam ədalətli, şəffaf şəkildə keçirilməsi istiqamətində əməli işlər görülməkdədir.
Ölkəmizin ictimai-siyasi həyatında önəmli təşkilat olan Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən bütün seçkilərdə öz siyasi gücünü nümayiş etdirərək, seçki proseduralarına əməl edərək daim öz layiqli namizədlərini irəli sürmüşdür. Gördüyü əməli işlərlə xalqın inam və etibarını qazanan bu namizədlər daim öz bilik və bacarığı ilə seçilirlər.
İsmayıllıda YAP namizədinin imzatoplama kompaniyası uğurla yekunlaşır
Yeni Azərbaycan Partiyasının avanqard dəstələrindən olan İsmayıllı rayon təşkilatı Seçki Məcəlləsinin bütün tələblərini əldə rəhbər tutaraq qarşıdan gələn parlament seçkilərinə ciddi hazırlaşır. Belə ki, Seçki Qərargahının rayon şöbəsində imzatoplama kompaniyası üçün ayrılmış 10 nəfər fəaldan ibarət qrup formalaşdırılmışdır.Seçki qanunvericiliyinə əsasən YAP tərəfindən 86 saylı İsmayıllı DSK üzrə namizədliyi irəli sürülmüş partiya təmsilçisinin namizədliyinin irəli sürülməsinin qeydə alınması məqsədilə müvafiq sənədləri Dairə Seçki Komissiyasına təhvil verilmiş və namizədin imza vərəqləri alınaraq müvafiq seçki proseduralarına əməl olunması üçün imza toplayan şəxslərə paylanılmışdır. Seçicilər imza toplamada aktiv iştirak edirlər.
Artıq imza toplayanlar tərəfindən imza vərəqələrinin doldurulması işi uğurla yekunlaşmaq üzrədir. İmza vərəqələri doldurularkən Seçki Məcəlləsinin tələblərinə tam əməl olunur.
İnamla demək olar ki, bu ilin noyabr ayının 1-də keçiriləcək Parlament seçkiləri də əvvəlki illərdə keçirilən seçkilərdə olduğu kimi ədalətli, şəffaf keçiriləcək və Yeni Azərbaycan Partiyası bu seçkilərdə də layiqli zəfər çalacaqdır.
Ramid Qasımov,
YAP İsmayıllı rayon təşkilatının mətbuat rəhbəri

Şərh Yaz