Peşə seçənlərə kömək

Dövlət Məşğulluq Xidməti gənc nəsildə peşələrə maraq oyatmaq, peşə seçimində düzgün istiqaməti müəyyən etməkdə kömək məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Aprelin 23-də mərkəz Rayon Təhsil Şöbəsi ilə birlikdə şəhər 2 nömrəli tam orta məktəbində, yuxarı sinif şagirdlərinin iştirakı ilə peşəyönümü tədbiri keçirmişdir. Məqsəd şagirdlərdə peşəyə meyl və maraqların müəyyənləşdirilməsi, onlara gələcəkdə peşə seçimində köməklik göstərilməsi idi. Peşə seçənlərə kömək
Tədbiri giriş sözü ilə mərkəzin baş məsləhətçisi Natiq Ağayev açdı.
Tədbirdə məktəbin direktor əvəzi Gülxar Əliyeva və bu sətirlərin müəllifi çıxış edərək, peşəyə marağı artırmaq məqsədilə görülən işlərdən, bugünkü tədbirin şagirdlərə faydalı olacağından bəhs etdilər.
Tədbirin sonunda şagirdlərin peşəyönümü ilə əlaqədar sualları cavablandırılmış, onlara mövzuya aid bukletlər paylanmışdır.
Q.Abduləzizov,
mərkəzin aparıcı məsləhətçisi

Şərh Yaz