Futbol turnirinə start verilib

İsmayıllı rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş futbol turnirinə start verilib.Futbol turnirinə start verilibİsmayıllı Rayon Gənclər və İdman İdarəsi Ümummilli liderin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş müxtəlif məzmunlu və çoxistiqamətli tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri açılışına start verilmiş rayon futbol turniridir.
Turnirdə 8 komanda iştirak edir. Yarışlar dövri sistemdə keçirilir və bir ay davam edəcək. Olimpiya-İdman Kompleksi turnirə ev sahibliyi edir və yarışların mütəşəkkilliyi üçün lazım olan hər cür şərait yaradıb.
Turnirin təşkilində bələdiyyələrin fəal iştirakı da qeyd olunmalıdır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz