Yaddas kitabcasi

Tökülən qanlar yerdə qalmayacaq

İsmayıllı rayonunun Uştal kənd tam orta məktəbində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan məktəb direktoru Qeyis Fərmayılov Soyqırım zamanı tökülən qanların yerdə qalmayacağından, torpaqlarımızın işğalçılardan tam təmizlənəcəyindən, qüdrətli Azərbaycan ordusunun böyük qələbəyə çatacağından danışıb. Sonra soyqırım zamanı şəhid olan azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məktəbin tədris-təlim işləri üzrə direktor müavini Sadiq Umudov çıxış edərək dünya ölkələrinin biganə qaldıqları qətliamın türk dünyasına, azərbaycanlılara qarşı ən dəhşətli soyqırım olduğunu qeyd edib.
Məktəbin tarix müəllimi Dilqəm Əzimov müxtəlif vaxtlarda ermənilərin Azərbaycanda və bütövlükdə türk dünyasında törətdikləri qətliamlardan danışıb. Müəllim tədbirdə iştirak edənlərə qırğınların İsmayılllı rayonunun başqa kəndlərində olması barədə də məlumatlar verib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz