Yaddas kitabcasi

Xocalı faciəsini unutmamalıyıq

İsmayıllıda Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbirlər vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, soyqırımın miqyasının daha dərindən dərk edilməsinə, gənclərin “Xocalıya ədalət” Beynəlxalq təbliğat kampaniyasına daha inamla qoşulmasına şərait yaradıb.
25 fevral 2015-ci il tarixdə Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Vətən torpağında amansızcasına qətlə yetirilən insanların xatirəsinə əllərində şamlar tutan 300 nəfərdən çox gənc Soyqırım abidəsinə yürüş edib. Hərbi geyimli gənclər abidə önündə düzülərək “Xocalı” sözü yazıblar.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov gənclər qarşısında çıxış edib. Xocalı soyqırımı zamanı tökülən qanların yerdə qalmayacağından, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızın bütövləşəcəyindən, işğalçılardan tam təmizlənəcəyindən, qüdrətli Azərbaycan ordusunun böyük qələbəyə çatacağından danışıb.
Xocalı faciəsini unutmamalıyıqXocalı faciəsini unutmamalıyıq

Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” Beynəlxalq təbliğat-təşviqat kampaniyasında İsmayıllı gənclərinin fəal iştirakından bəhs edib.

Xocalı faciəsini unutmamalıyıq

26 fevral tarixində şəhərin mərkəzi meydanından başlayaraq Soyqırımı abidəsinədək 6 minədək rayon sakini yürüş edib. Abidə önünə İsmayıllı Rayon İcra Hakimiyyəti adından əklil qoyulub. Ziyarətçilərin bir hissəsi, əsasən gənclər Mədəniyyət Sarayına gəlib və faciənin 23 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər.
Sarayın foyesində gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxılıb. Tədbirdə çıxış edən Dövlət qulluğu veteranı Valeh Salehov Xocalı soyqırımı və ona ümummilli liderimiz Heydər Əliyevin siyasi və hüquqi qiymət verməsindən, beynəlxalq diqqəti Xocalıya yönəltməsindən, Xocalı sakinlərinə xüsusi qayğı göstərməsindən danışıb.
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Heydər Əliyev adına İsmayıllı Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının hazırladığı tamaşaya baxılıb. Tamaşada ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətlərdən bəhs edilib.

Xocalı faciəsini unutmamalıyıq

Tədbirdə “Addım Gənclər Təşkilatı”nın sədri Hüseyn Cavadzadə və “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin sədri Fəxrəddin Həsənzadə çıxış ediblər. Sonra Gənclər Paytaxtında ilk layihə olaraq “Xatirə” qısametrajlı filmi və əfsanəvi Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynova həsr olunmuş sənədli film nümayiş etdirilib.
Filmin nümayişindən sonra Qarabağ döyüşlərinin fəal iştirakçısı, hadisələrin şahidi, “Azərbaycan Bayrağı” ordenli hərbiçi İbad Hüseynov çıxış edib, gəncləri vətən uğrunda döyüşə hazır olmağa, vətəni böyük məhəbbətlə sevməyə çağırıb.
RİH başçısı Mirdaməd Sadıqov erməni vandalizmindən danışıb, İbad Hüseynova və ictimai birlik rəhbərlərinə Azərbaycanın gənclər paytaxtı kimi ilk vətənpərvərlik tədbirinin İsmayıllıda keçirdikləri, “Xocalıya ədalət” təbliğat kompaniyasında fəal iştirak etdikləri üçün təşəkkürünü bildirib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz