Rayon birinciliyi

20-22 fevral 2015-ci il tarixlərdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi Uşaq Gənclər Şahmat Məktəbində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar şahmat üzrə açıq rayon birinciliyi keçirmişdir. Yarışda iki yaş qrupunda 50 şahmatçı mübarizə aparmışdır.
Rayon birinciliyiRayon birinciliyi
20-22 fevral 2015-ci il tarixlərdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi Uşaq Gənclər Şahmat Məktəbində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar şahmat üzrə açıq rayon birinciliyi keçirmişdir. Yarışda iki yaş qrupunda 50 şahmatçı mübarizə aparmışdır.
Əvvəlcə Xocalıda həlak olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir Gİİ-nin rəisi Taleh Salehov, Uşaq Gənclər Şahmat Məktəbinin direktoru Nadir Hacıyev çıxış edərək Xocalıda ermənilərin törətdikləri vəhşiliklərdən danışmışlar.
Yarışın sonunda hər yaş qrupu üzrə I, II, III yeri tutan şahmatçılara İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunmuşdur.
Bəhruz Səfərəliyev,
Gİİ-nin əməkdaşı

Şərh Yaz