Gənclərimiz işıqlı sabahımızdır

Gənclik hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən cəmiyyətin ictimai- siyasi həyatında böyük əhəmiyyəti olan aparıcı qüvvədir. Dahi siyasi xadim ümummilli lider Heydər Əliyev gəncliyə dövlətin əsas kapitalı kimi baxmış və ona daim böyük qayğı və diqqətlə yanaşmışdır. Gənclər günü ərəfəsində zəngin daxili aləmi, yüksək intellektual səviyyəsi, qibtə olunacaq nəzakəti ilə seçilən, dövlət gənclər siyasətini fəal daşıyıcısı olan doğma İsmayıllıda doğulub boya başa çatmış Fuad Bəşirovla görüşüb söhbət etdik. Fuad orta məktəbdə oxuduğu müddətdə yüksək çalışqanlığı məktəbin, eləcə də rayon tədbirlərində fəal iştirakı ilə təhsil işçilərinin çoxunun yaddaşında qalıb. Keçirilən müsaqibə və yarışların rayon, həmçinin respublika turlarında fərqlənmişdir. O, eyni zamanda idman yarışlarında da uğurlar qazanmışdır. Onu demək kifayətdir ki “Cəsurlar” hərbi idman oyunlarında üzvü olduğu komanda respublikada 3-cü, məktəblilərin ilk respublika spartakiyadasında qaçış üzrə 2-ci yerin mükafatın almışdır.
Fuad Qalib oğlu Bəşirov 1986-ci ildə İsmayıllı kəndində anadan olmuşdur. Hamı kimi 6 yaşında İsmayıllı kənd orta məktəbinin (indiki 6 nömrəli) birinci sinfinə qəbul olumuşdur. 2003-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirib 600 dən yuxarı balla “Azərbaycan Tibb Universiteti”nə qəbul olmuşdur. 2010-ci ildə univeristeti terapevt ixtisasi ilə bitirmişdir.
Gənclərimiz işıqlı sabahımızdırGənclik hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən cəmiyyətin ictimai- siyasi həyatında böyük əhəmiyyəti olan aparıcı qüvvədir. Dahi siyasi xadim ümummilli lider Heydər Əliyev gəncliyə dövlətin əsas kapitalı kimi baxmış və ona daim böyük qayğı və diqqətlə yanaşmışdır. Gənclər günü ərəfəsində zəngin daxili aləmi, yüksək intellektual səviyyəsi, qibtə olunacaq nəzakəti ilə seçilən, dövlət gənclər siyasətini fəal daşıyıcısı olan doğma İsmayıllıda doğulub boya başa çatmış Fuad Bəşirovla görüşüb söhbət etdik. Fuad orta məktəbdə oxuduğu müddətdə yüksək çalışqanlığı məktəbin, eləcə də rayon tədbirlərində fəal iştirakı ilə təhsil işçilərinin çoxunun yaddaşında qalıb. Keçirilən müsaqibə və yarışların rayon, həmçinin respublika turlarında fərqlənmişdir. O, eyni zamanda idman yarışlarında da uğurlar qazanmışdır. Onu demək kifayətdir ki “Cəsurlar” hərbi idman oyunlarında üzvü olduğu komanda respublikada 3-cü, məktəblilərin ilk respublika spartakiyadasında qaçış üzrə 2-ci yerin mükafatın almışdır.
Fuad Qalib oğlu Bəşirov 1986-ci ildə İsmayıllı kəndində anadan olmuşdur. Hamı kimi 6 yaşında İsmayıllı kənd orta məktəbinin (indiki 6 nömrəli) birinci sinfinə qəbul olumuşdur. 2003-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirib 600 dən yuxarı balla “Azərbaycan Tibb Universiteti”nə qəbul olmuşdur. 2010-ci ildə univeristeti terapevt ixtisasi ilə bitirmişdir.
2010-2011-ci illərdə ordu sıralarında –“ ön cəbhə xəttində yerləşən bölgədə həkim kimi xidmət etmişdir.
Fuad Tibb təhsilini Türkiyədə davam etdirmək istəyir. 2013-cü ildə imtahan verərək Türkiyədə böyük müsabiqəyə qatılır və uğur qazanır. Tərcümeyi-halı barədə niyyətimi duyan Fuad dilləndi:
– Bu gün dövlətin diqqət və qayğısı yaradıcı gənclər arasında sağlam rəqabəti daha da artırır. Gənclərə qayğı sabahkı uğurlara hesablanan siyasətdir, bu da öz növbəsində sağlam və bacarıqlı nəslin formalaşmasına xidmət edir. 2-ci ildir Türkiyədəyəm 10 günlük tətilə gəlmişəm doğma İsmayıllımız çox müasirləşib, yeniliyi quranlara qəzetiniz vasitəsi ilə minnətdarlığımı bildirirəm.
– Xaricdə təhsil qərarın hardan yarandı?
– 3-cü kursda oxuyanda İstanbul Univeristetinin Tibb fakultəsinə əmək təcrübəsinə getmişdim. Burada müəllim tələbə münasibətləri, həkim xəstə münasibətləri çox xoşuma gəldi. Sonrakı illərdə hər il təcrübəyə Türkiyəyə getdim. Bir az əvvəl dediyim münasibətlər məndə burada təhsili davam etdirmək arzusnu yaratdı. Kiçik bir misal çəkim. İlk dəfə elmi toplantıların birində mənə çıxış vermişdilər. Г‡ıxışdan sonra yerimə qayıdanda müəllimim məni təbrik etdi və öpdü məncə izahata ehtiyac yoxdur.
– Müasir gəncliyin təhsili və tərbiyəsinə münasibətiniz?
– Doğrusu, hər şey insan üçün ailədən başlayır. Sonradan mühitlə formalaşır. Orta məktəbdən sonra əhatəmdə elmli, bilikli, vətənpərvər, çətinliklərə baxmayaraq təhsilini davam etdirmək istəyən iradəli gənclər olub. Böyüdüyüm ailəmdə də bu cür olub. Böyük qardaşım Elxan İngiltərədə magistratura təhsili alıb. Kiçik qardaşım Kənan Г‡XR-da (Г‡in Xalq Respublikası) magistratura təhsili alır. Г‡ox fəxr edirəm ki, Ankarada uzmanlıq təhsili alan 6 nəfər İsmayıllı uşaqlarından 3-ü mən də daxil olmaqla bizim məktəbin məzunlarıdır.

Gənclərimiz işıqlı sabahımızdır

– İnsanlarda xoşunuza gələn və xoşunuza gəlməyən xüsusiyyətlər?
– Əvvəlcə, xoşuma gəlməyənləri deyim ki, sonu yaxşı qurtarsın. İnsanlarda yekəxanalıq və yalançılıq heç cür həzm edə bilmədiyim xüsusiyyətlərdir. Təəssüf ki, hər ikisi müasir “mələz”lərdəndir.
Xoşladığım, əlbbətdə, hansı xüsusiyyətlər yüksək insani keyfiyyətlər kimi qəbul olunursa, hamısı, ancaq yüksək mədəniyyət başda durur. Bir də deyəcəyəm: “köhnə kişi” xüsusiyyətləri …
– Bəs ən çox sevdiyin insanlar?
– Böyük Hüseyn Cavidin təbirincə desək: atam, anam, müəllimlərim, bir də bütün insanlar.
– Həkim olmaq istəyin necə yarandı?
– Anam xəstə idi. Respublikanın tanınmış xəstəxanalarında olduq. Bəzən həkimlərin münasibəti sonra da müalicələri bizi qane etmirdi. Axı xəstəyə və yaxud yaxın adamına məlumat verməyin də bir qaydası var… Beləcə mən həkim olmağa qərar verdim.
– Bir az da ixtisasından danışaq?
– Psixologiya sözünün mənası nəfəs ruh deməkdir. Mənə görə ucu-bucağı olmayan bir aləmdir. Sərhəddi olmayan elm sahəsidir. Problem ondadır ki, bu xəstələrin çoxu özünü xəstə hesab etmir. Г‡ox vaxt vəziyyətləri ağırlaşandan sonra həkimə müraciət edirlər. Əslində xəstəliyi eyni olan iki fərd demək olar ki yoxdur. Bu da həkim olaraq məni daha çox çalışmağa, düşünüb nəticə çıxarmağa sövq edir. Psixatriya tibbin ən yeni sahələrindən biridir. Psixatriyanı digər ixtisaslardan fərqləndirən xüsusiyyətlərdən biri də, ürək, göz və digər orqanların xəstəlikləri hamıda əsasən eyni formada təzahür etdiyi halda, psixatriyada bir xəstəlik hər fərdə özünə məxsüs şəkildə təzahür etməsidir.
– Xəstələrinə necə sevgi, hörmət bəsləyərdin?
– Əgər həkimin insana sevgisi böyük deyilsə xəstəsinə rəhmi böyük deyilsə, şəfası olmaz.
Türkiyədə ictmai fəallığın varmı?
– Bəli, orada “Azərabaycanlı Həkimlər” dərnəyi yaratmışıq. Bu dərnəyin təsisçilərindən biri də mənəm. Toplantılarımız olur, təcrübə mübadiləsi təşkil edirik, bayram tədbirlərini birgə keçiririk. Bu tədbirlərdə digər dövlətlərdən olan həkim gənclərdə iştirak edir. Eyni zamanda, “Türk Psixaterapiya” dərnəyinin, “Türkiyə Politik Psixiologiya” dərnəyinin və “Türkiyə Sosial” Dərnəyinin üzvüyəm.
– Məktəb illərində bir xatirə?
– 7-ci sinifdə oxuyanda biologiya müəlliməm Pərvanə Salehova fənn gecəsi təşkil etmişdi. Səhnəcikdə mənə həkim rolu verilmişdir. Yanıma gələn “xəstəm” yanıq çörək yediyindən mədəsi ağrıdığını bildirmişdi. Mən də ona göz həkiminə müraciət etməyi məsləhət görmüşdüm.
– Hobbiniz nədir?
– Balıq ovu.
– Asudə vaxtını necə keçirirsən?
– Boş vaxtım çox az olur. Bu da tətillərə təsadüf edir. Onda da, ya bədii ədəbiyyat oxuyuram, ya da hobbim ilə məşğul oluram
– Sonda sözünüz varmı?
– Bu gün gördüyüm işləri uğur saymaq olarsa, bütün bunlara görə atama, anama və müəllimlərimə borcluyam.
– Müsahibə üçün sağolun.
– Təşəkkür edirəm. Siz də sağ olun.

Şərh Yaz