Yaddas kitabcasi

10 illik yubiley

Dekabrın 6-da İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin 10 illik yubiley tədbiri keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhər məktəblərinin direktorları, qonaqlar, məktəbin müəllim və şagird kollektivləri iştirak edib.
Məktəbin foyesində 10 il ərzində qazanılan Diplom, Fəxri fərman, tərifnamə və kuboklardan ibarət guşə və əl işlərindən ibarət sərgi nümayiş olunub.
Tədbirdə dünyasını dəyişən müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
10 illik yubiley10 illik yubiley

Yubileydə çıxış edən məktəbin direktoru Elçin Məmmədov gənc nəslin həyata hazırlanmasında, Vətənin layiqli övladı kimi yetişməsində elmin, təhsilin rolundan danışıb.

10 illik yubiley

Məktəbin ilk direktoru, ömrünü İsmayıllı təhsilinə həsr edən Fərman Bəşirov bu təhsil öcağında əldə edilən nailiyyətlərdən ürək dolusu söz açıb.
RİH başçısının müavini Sevil Əhmədova son illər rayonda təhsil sahəsində qazanılan uğurlardan danışıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına daim böyük önəm verdiyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Cəmiyyətin tərəqqisində təhsilin mühüm rolu vurğulanıb və Azərbaycanda digər sahələrlə yanaşı, təhsil sahəsində də böyük irəliləyişlərin olduğu bildirilib. S.Əhmədova İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının təbrik məktubunu oxuyub, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Valideynlər adından Ruziyyə Г‡ələbiyeva çıxış edib, məktəbdə təhsilin səviyyəsinin yüksək olduğunu diqqətə çatdırıb, bir valideyn kimi razılıq edib.
RİH başçısının birinci müavini Rövşən Ağayev bir qrup müəllimə RİH-nin Fəxri fərmanlarını təqdim edib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov isə sədrlik etdiyi komitənin adından qiymətli hədiyyələr təqdim edib.
Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə tamamlanıb.
Г‡inarə Bəhərçinli

Şərh Yaz