Bayramlar qeyd edildi

Dekabr ayının 25-də “Qala” şadlıq sarayında İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirib.
Bayramlar qeyd edildiBayramlar qeyd edildi

Bayramlar qeyd edildi

Dekabr ayının 25-də “Qala” şadlıq sarayında İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirib.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova gündən-günə yeniləşən, inkişaf edən İsmayıllıda görülən işlərdən, kollecin rayon tədbirlərində fəal iştirakından söz açıb, tələbələri bayramlar münasibəti ilə təbrik edib.
Kollecin fəal tələbələri rayon Gənclər və İdman İdarəsinin Diplomları ilə təltif ediliblər.
Tədbir maraqlı səhnəciklər, flaşmoblar, viktorinalar, bir-birindən oynaq rəqslərlə davam edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz