Dializ aparatları quraşdırılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayonuna səfəri çərçivəsində əsaslı yenidənqurmadan sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verib. Bildirilib ki, 1978-ci ildə tikilən İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə Nazirliyinin sifarişi əsasında aparılan təmir işlərinə 2012-ci ilin avqustunda başlanıb. Yenidənqurma işləri çərçivəsində xəstəxananın ərazisi hasarlanıb, yaşıllıq sahəsi salınıb, bina su anbarı, elektrik yarımstansiyası və generatorla təchiz edilib.
Dializ aparatları quraşdırılıbDializ aparatları quraşdırılıb

Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə səhiyyə sisteminin inkişafına göstərdikləri diqqəti əks etdirən fotostend yaradılıb. Xəstəxananın 105 çarpayılıq ikimərtəbəli binası 2,4 hektar ərazidə yerləşir. Binadakı iş otaqları və palatalar bütün zəruri avadanlıqla təchiz olunub. Xəstəxanada təcili yardım, qəbul, laboratoriya, funksional diaqnostika, cərrahiyyə, terapiya, pediatriya, mama-ginekoloji, reanimasiya, yoluxucu xəstəliklər, travmatologiya, hemodializ şöbələri fəaliyyət göstərir. Tibb ocağının fizioterapiya, rentgen-flüoqrafiya, ultrasəs müayinəsi, elektro-kardioqramma və digər kabinetləri də müasir avadanlıqla təchiz edilib.

Dializ aparatları quraşdırılıb

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Avtandil Rəhimovdan aldığımız məlumata görə, xəstəxanada 3 dializ aparatı quraşdırılıb. Həkimin sözlərinə görə əvvəllər dializə möhtac olan xəstələr Şamaxı və Qəbələ rayonlarına gedirdilər. Həkimlər və tibb işçiləri bir aylıq təkmilləşdirmə kursunda olublar və dekabr ayının ikisindən xəstələr İsmayıllıda dializ olunmağa başlayıblar.
Xəstəxananın ən müasir tibb avadanlığı ilə təchizatı, burada elmin ən son yeniliklərinə əsaslanan aparatların quraşdırılması bir daha sübut edir ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığının təmin edilməsi üçün mühüm işlər görür. Bütün bunlar həm də onu göstərir ki, 2003-cü ildən sonrakı dövr Azərbaycan səhiyyəsində yeni inkişaf mərhələsi ilə yadda qalıb. Bu dövr Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə daha çox səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikintisi, mövcud tibb ocaqlarının yenidən qurulması ilə xarakterizə olunur.
Azərbaycan səhiyyəsinin son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyi böyük yol ilk növbədə, geniş islahatlarla xarakterizə olunur. Bu islahatlar ölkədə səhiyyə infrastrukturunun tamamilə yenidən qurulmasına xidmət edir.
Ş.Soltanov

Şərh Yaz