Bələdiyyə üzvlüyünə namizədlərlə görüş

23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar başlanmış təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP İsmayıllı rayon təşkilatı tərəfindən irəli sürülən namizədlərlə dekabr ayının 3-də görüş keçirilib. Təbliğat-təşviqat kompaniyası üçün nəzərdə tutulan rayon Statistika idarəsinin iclas zalında keçirilən görüşdə Millət Vəkilləri Novruzəli Aslanov, Ərəstun Cavadov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak ediblər.
Bələdiyyə üzvlüyünə namizədlərlə görüşBələdiyyə üzvlüyünə namizədlərlə görüş
Bələdiyyə üzvlüyünə namizədlərlə görüş

23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar başlanmış təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP İsmayıllı rayon təşkilatı tərəfindən irəli sürülən namizədlərlə dekabr ayının 3-də görüş keçirilib. Təbliğat-təşviqat kompaniyası üçün nəzərdə tutulan rayon Statistika idarəsinin iclas zalında keçirilən görüşdə Millət Vəkilləri Novruzəli Aslanov, Ərəstun Cavadov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova xalqın sosial-ictimai həyatında bələdiyyələrin rolundan danışıb. O, 23 Dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının qarşısanda duran vəzifələri açıqlayıb.
Bələdiyyə üzvlüyünə namizədlərlə görüş

Tədbirdə iştirak edən millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruzəli Aslanov çıxış edərək qarşıdan gələn seçkilərin mahiyyəti, bələdiyyələrin ölkəmizdə həyata keçirilən demokratik islahatlardakı rolundan bəhs edib.
Çıxış edən millət vəkili Ərəstun Cavadov qeyd edib ki, əvvəlki illərdə keçirilən bələdiyyə seçkiləri ilə müqayisədə bu seçkilərdə Yeni Azərbaycan Partiyası qadınlara və müasir texnologiyalardan istifadə etməyi bacaran, savadlı gənclərə daha çox üstünlük verib.
Tədbirdə YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanova, bələdiyyə üzvlüyünə namizədlər – Cümşüd Hacıyev və İsmayıl Tarverdiyev çıxış ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz