Yaddas kitabcasi

Bölgəmizin turizm potensialı

Azərbaycanın bölgələrinin turizm potensialı və tarixi-memarlıq abidələri ilə tanışlıq üçün təşkil edilən səfər çərçivəsində şimal-qərb marşrutu üzrə ekskursiyaya çıxan ölkəmizdə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, səfirliklərin nümayəndələri, habelə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri İsmayıllı rayonunda da olublar. Bölgəmizin turizm potensialı

Azərbaycanın bölgələrinin turizm potensialı və tarixi-memarlıq abidələri ilə tanışlıq üçün təşkil edilən səfər çərçivəsində şimal-qərb marşrutu üzrə ekskursiyaya çıxan ölkəmizdə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, səfirliklərin nümayəndələri, habelə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri İsmayıllı rayonunda da olublar.
Nümayəndə heyəti İsmayıllı rayonu ilə tanışlığı Uşaq əyləncə və istirahət parkından başlayıb. Bildirilib ki, 2 hektar ərazisi olan park yenidən salınıb. Parkda 2 uşaq əyləncə meydançası tikilib. Burada uşaqların əylənməsi üçün müasir karusellər, avadanlıqlar qurulub, müasir hovuzlar tikilib, işıqlandırma sistemi yaradılıb. Yeni dizaynda oturacaqlar quraşdırılıb, 8000 kvadrat metr sahədə yaşıllıq zolağı salınıb, 1000 ədəd agac və bəzək kolu əkilib.
Parkda 250 nəfərlik yay tamaşa və konsert meydançası, amfiteatr tikilib. Daha sonra nümayəndələr Mədəniyyət sarayı ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, ikimərtəbəli binanın 268 yerlik tamaşa və 80 yerlik konfrans zallarında müxtəlif mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün şərait yaradılıb. Mərkəzdə yeməkxana, texniki və xidməti otaqlar da nəzərdə tutulub. Binanın ikinci mərtəbəsində isə müxtəlif dərnəklər fəaliyyət göstərir. Burada rəsm zalı, heykəltəraşlıq, əmək, rəqs, musiqi dərnəkləri fəaliyyət göstərir. Qonaqlar mədəniyyət sarayında yerli musiqiçilərin ifasında dinlədikləri mahnılardan zövq alıblar. Daha sonra rayon mərkəzi ilə tanış olan nümayəndə heyətinə İsmayıllının tarixi, rayonda sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə nəzərə çarpan uğurlar haqqında məlumat verilib. Regionun turizm və kənd təsərrüfatı potensialı, son illər həyata keçirilən infrastruktur layihələri çərçivəsində turislərin artım dinamikası haqqında bildirilib.
İvanovkada olan qonaqlara kəndin əsasının 1847-ci ildə çar Rusiyası dövründə Qafqaza köçürülən malakanlar tərəfindən qoyulduğu haqqında məlumat verilib. Bildirilib ki, burada 3 mindən çox sakin yaşayır. İvanovkalılar daha çox üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Bu kəndin çaxır, pendir və digər kənd təsərrüfatı məhsulları daxili bazarda öz yerlərini tutub. Kənddə bir neçə sex, park və zavod fəaliyyət göstərir. Qonaqlar mədəniyyət evində folklor qrupunun ifasını məmnunluqla dinləyiblər. Nümayındələr Hacıhətəmli kəndində yerləşən şərab zavodunda da olublar. Məlumat verilib ki, istehsal olunan 16 adda şərab dünyanın bir sıra ölkələri, eləcə də London, Moskva, Ukrayna bazarlarına çıxarılır. Nümayəndə heyətinə səfərin sonunda rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin turizm imkanları barədə geniş məlumat verilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz