Mini futbol üzrə rayon birinciliyi

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 27-28 oktyabr 2014-cü il tarixlərdə İsmayıllı Olimpiya İdman Kompleksində məktəblər arasında mini futbol üzrə rayon birinciliyi keçirilib. Mini futbol üzrə rayon birinciliyi

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 27-28 oktyabr 2014-cü il tarixlərdə İsmayıllı Olimpiya İdman Kompleksində məktəblər arasında mini futbol üzrə rayon birinciliyi keçirilib.
Yarışdan öncə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək məktəbliləri salamlayıb, yarışda uğurlar arzulayıb. Sonra yarışa start verilib. İki gün davam edən yarışa X-XI sinif şagirdlərindən təşkil olunan 11 məktəbin komandası qoşulub.
Şəhər 1, 3, 5, 6 nömrəli tam orta məktəblərin və Talıstan, Təzəkənd, Ruşan, İvanovka, Hacıhətəmli, Quşencə və Qurbanəfəndi kənd məktəblərinin əzmlə, böyük ruh yüksəkliyi ilə mübarizə apardığı birincilikdə I yeri İvanovka, II yeri şəhər 1 nömrəli, III yeri isə şəhər 3 nömrəli tam orta məktəbinin komandası qazanıb.
Qələbə qazanan hər üç komandaya rayon Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri verilib.
Bəhruz Səfərəliyev

Şərh Yaz