Qardaşlaşmış məktəblər

Bilik fondunun həyata keçirdiyi “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Qubadlı şəhər 1 nömrəli tam orta məktəbi və İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdləri İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində olublar.
Əvvəlcə məktəblilər ulu öndərin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.

Qardaşlaşmış məktəblərQardaşlaşmış məktəblər

Bilik fondunun həyata keçirdiyi “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Qubadlı şəhər 1 nömrəli tam orta məktəbi və İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdləri İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində olublar.
Əvvəlcə məktəblilər ulu öndərin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.

Qardaşlaşmış məktəblər
Mərkəzin foyesində F.Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbinin müəllimi Surə Mehdiyevanın şagirdi Ayşə Səfərova Şopenin “Yaz nəğməsi” əsərini, Nadir Məmmədovun şagirdi Xəyal İsmayılov isə “Heyratı” zərbi muğamını ifa edib.
Sonra məktəb şagirdləri ilə toplantı keçirilib. Toplantıda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev və RİH başçısının müavini Sevil Əhmədova da iştirak edib.
Qardaşlaşmış məktəblər
R.Ağayev ölkədə təhsil sahəsinə göstərilən diqqətdən danışıb. Layihənin əhəmiyyətini qeyd edib. O bildirib ki, “Qardaşlaşmış məktəblər” layihəsi gənc nəslə ən böyük töhfədir.
Bilik fondunun mətbuat katibi Ceyhun Musaoğlu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsinə uyğun olaraq, gənc nəslə Azərbaycançılıq məfkurəsinin mahiyyətinin çatdırılmasını, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını, milli-mənəvi və dini dəyərlərin təbliğini, hər bir şagirdin müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafının təmin edilməsini, gənclərin bilik, bacarıq və vərdişlərinin inkişafına dəstək göstərilməsini, sağlam həyat tərzinin, ətraf mühitin mühafizəsinin, Azərbaycan tarixi və mədəniyyətinin təbliğini bir şərəf borcu hesab etdiyini deyib.
Qara İlyasov adına Qubadlı şəhər 1 nömrəli tam orta məktəbin direktoru Hümbət Hümbətəliyev, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin direktoru Elçin Məmmədov 2013-2014-cü tədris ilində məktəblərin qazandığı uğurlardan danışıblar.
Məktəblilər Mərkəzin ekspozisiya zalı ilə tanış olublar, ulu öndə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən şəkillərə baxıblar. Burada fəaliyyət göstərən aviamodelizm, əl işləri, rəsm dərnəkləri ilə də tanışlıq olub.
Gənclərlə söhbət zamanı Qubadlı şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Natiq Ağayev və İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Nərmin Bədəlova layihənin onlar üçün böyük önəm daşıdığını vurğuladılar.
Məktəblilər İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq kitabxanası və Mədəniyyət Sarayı ilə tanış olublar.
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbdə qardaşlaşma haqqında müqavilə imzalanıb. Məktəbdə bilik yarışı keçirilib. Yarışda iştirak edənlərə sertifikat verilib. Fəallığı ilə fərqlənənlərə hədiyyələr, ən fəal bir şagirdə isə fotoaparat verilib. Qalib komandaya isə kubok təqdim edilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz