Görünən dağa nə bələdçi

İqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqovun keçən il İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilk növbədə rayon ziyalılarını sevindirdi. Əlbəttə, bu, anlaşılandır. Görkəmli alim, respublikanın nüfuzlu, ali və orta ixtisas təhsili ocaqlarında rəhbər vəzifədə çalışmış Mirdaməd müəllimin rayonun idarə edilməsində də elmi yanaşma nümayiş etdirəcəyinə, ziyalıların mövqeyi ilə hesablaşacağına, təhsilin, maarifin, mədəniyyətin inkişafına dəstək verəcəyinə hamı inanırdı. Mirdaməd müəllim də İsmayıllı Rayon İcra Hakimiyyətinə başçılıq etməyə başlamasından ötən bir il yarım müddət ərzində xalqın inamını, dövlət rəhbərliyinin etimadını doğrultdu.
Görünən dağa nə bələdçiGörünən dağa nə bələdçi

İsmayıllı cəmiyyəti – xalqla hakimiyyətin vəhdətinə gözəl nümunə

İqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqovun keçən il İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilk növbədə rayon ziyalılarını sevindirdi. Əlbəttə, bu, anlaşılandır. Görkəmli alim, respublikanın nüfuzlu, ali və orta ixtisas təhsili ocaqlarında rəhbər vəzifədə çalışmış Mirdaməd müəllimin rayonun idarə edilməsində də elmi yanaşma nümayiş etdirəcəyinə, ziyalıların mövqeyi ilə hesablaşacağına, təhsilin, maarifin, mədəniyyətin inkişafına dəstək verəcəyinə hamı inanırdı. Mirdaməd müəllim də İsmayıllı Rayon İcra Hakimiyyətinə başçılıq etməyə başlamasından ötən bir il yarım müddət ərzində xalqın inamını, dövlət rəhbərliyinin etimadını doğrultdu.
Mirdaməd müəllimin İsmayıllıya rəhbər təyin olunması əslində təkcə cəmiyyətin ziyalı zümrəsini deyil, bütün rayon sakinlərini sevindirdi. Bu rəğbət M.Sadıqovun məhz İsmayıllı rayonunun Lahıc kəndindən olması ilə əlaqədardır. Təbii və anlaşılandır ki, təzə başçı öz elliləri ilə ünsiyyət sarıdan heç bir çətinlik çəkmədi. O, elə vəzifəsinin icrasına başlar-başlamaz rayonun ağsaqqalları, ziyalıları ilə görüşdü, İsmayıllının tərəqqisi, ismayıllıların firavanlığı üçün qüvvə və bacarığını əsirgəməyəcəyini, ona göstərilən etimadı doğruldacağını vəd etdi. Onun bu vədə necə sadiq qaldığına əmin olmaq üçün 3 saylı məktəbin qocaman pedaqoqlarından birinin sözlərini xatırlamağımız yəqin ki, kifayət edər: “İsmayıllı rayonunda tarixində cəmi üç nəfər sanbalı, ləyaqəti və rəhbərlik bacarığı təqdir olunan başçı işləyib. Onlardan ikisinin fəaliyyəti sovetlər dönəminə təsadüf edir. Birinci katiblər Qəşəm Aslanovla, İmran Mehdiyevi orta və yaşlı nəslin nümayəndələri olan İsmayıllı vətəndaşları şükranlıqla xatırlayırlar. Onların rayonunun inkişafı naminə fəaliyyətləri dərin köklər buraxıb və saleh əməllərinin üstündən xeyli vaxt keçsə də, maddiləşmiş izləri indinin özündə də fayda verməkdədir. Müstəqillik dövründə həmin o adlarını çəkdiyim kişilərlə müqayisəyə gələcək yeganə rəhbər kimi məhz Mirdaməd müəllimi görürük başçı vəzifəsində. Əminəm ki, İsmayıllının keçmişindən xəbəri olanlar bu dediklərimi təsdiqləyərlər”.
Görünən dağa nə bələdçi
İndi isə İsmayıllının bu günündən söz açmağın vaxtı çatdı. Və bu günün reallığını əks etdirən, təqdir etdiyimiz aşağıdakı məlumatların ifadə etdikləri, istehsal edilən məhsulun, yerinə yetirilən iş və xidmətlərin formalaşdırdığı dəyərlərin ərsəyə gəlməsində əlbəttə ki, ilk növbədə zəhmətkeş İsmayıllı vətəndaşlarının rolu böyükdür. Amma bu da danılmaz həqiqətdir ki, şəxsən cənab M.Sadıqovun və onun başçılıq etdiyi RİH Aparatının səmərəli rəhbərliyi, səriştəli idarəçiliyi, gündəlik nəzarəti olmadan, rayonun sosial-iqtisadi inkişafı naminə görülən işlərin effekti olmazdı. Gəlin, həmin işlərin sırasına göz ataq:
Birinci yarımillikdə müqayisəli qiymətlərlə 68 milyon 323 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur. Ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 milyon 235 min manat və ya 8,3 faiz artmışdır. Sevindirici haldır ki, tikinti sahəsi müstəsna olmaqla bütün sahələrdə artım olmuşdur. Artım sənaye sahəsində 19,1 faiz, kənd təsərrüfatında 75,8 faiz, nəqliyyatda 3,8 faiz, rabitə sahəsində 19,5 faiz və ticarətdə 5,8 faiz təşkil etmişdir.
Rayon büdcəsinin gəlir hissəsi 9 milyon 651 min 852 manata qarşı 10 milyon 579 min 293 manat icra olunmuşdur. Büdcə gəlirlərinin icrası 109,6 faiz təşkil etmişdir. Yerli mənbələrdən daxil olmalar üzrə proqnoz artıqlaması ilə icra edilmişdir, 2 milyon 542 min 293 manat (105 faiz) vəsait daxil olmuşdur.
Birinci yarımillikdə əhaliyə 9 milyon 584 min manatlıq pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 51 milyon 780 min manat olmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 milyon 699 min manat və ya 5,5 faiz artıqdır.
Bir işçiyə hesablanmış nominal orta aylıq əmək haqqı 2013-cü illə müqayisədə 25,4 manat artaraq 256 manata çatmışdır.
Yarım il ərzində rayonda tikinti, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması, Yeni Azərbaycan Partiyası üçün inzibati binanın tikintisi, Heydər Əliyev Mərkəzinin, Mədəniyyət Sarayının, İsmayıllı bələdiyyəsinin inzibati binasının əsaslı təmiri, Nizami Gəncəvi küçəsində iki beşmərtəbəli yaşayış binalarının tikintisi, şəhərin elektrik təsərrüfatının yenidən qurulması, Uşaq əyləncə və istirahət parkının tikintisi, Heydər Əliyev prospektində əsaslı yenidənqurma işləri, şəhərin görkəminə xələl gətirən yaşayış evlərinin və ictimai obyektlərin dam örtüyünün dəyişdirilməsi və fasadının müasir memarlıq üslubunda təmiri, Qalıncaq kənd tam orta məktəbi üçün 380 şagird yerlik, Şəbyan ümumi orta və Külüllü kənd ibtidai məktəblərinin hər biri üçün 80 şagird yerlik, Sumağallı kənd uşaq bağçası üçün 40 yerlik yeni binaların, Keyvəndi kəndində iri heyvandarlıq kompleksinin və digər obyektlərin tikintisi davam etdirilmiş, bir sıra obyektlərin tikintisi başa çatdırılmış və ya başa çatdırılmaq üzrədir.
Bir məsələyə də toxunmaq istərdik: İş olan yerdə nöqsan da olar. Daha doğrusu, nöqsan o yerdə yoxdur ki, orada iş də yoxdur. Təbiidir ki, İsmayıllı rayonunun dövlət və hökumət strukturlarının fəaliyyətinə necə deyərlər, zərrəbinlə baxsaq, nöqsan və çatışmazlıq aşkar etmək olar. Hətta diqqətimizi çəkən neqativ halların bəlkə də lap hamısını birbaşa və ya dolayısı ilə rayon rəhbərliyinin, konkret olaraq, RİH başçısının passivinə yazmaq olar. Şəxsən, M.Sadıqovun özü tənqidin, tənqid olunmağın əleyhinə deyil. Bir şərtlə ki, tənqid sağlam tənqid olsun. Gerçəklikdir ki, bəzən kütləvi informasiya vasitələri qərəzli mövqe seçir, hansısa qrupun mənafeyinə xidmət edən yazılarla çıxış edirlər. Bəzən də belə haqsız tənqidlərin kökü qərəzə deyil, vicdanlı yanlışlığa bağlanır. Sadiq oxucularımız bəlkə də nə demək istədiyimizi başa düşdülər. Qəzetimizin ötən saylarında İsmayıllı ilə bağlı dərc olunan yazıda qeyri-obyektivliyə deyil, məhz, vicdanlı yanlışlığa yol verilmişdir.
Yazılanlarla əlaqədar yerində apardığımız araşdırmalardan məlum olmuşdur ki, dolaşan söz-söhbətlərin heç biri konkret olaraq dəqiq araşdırılmayıb. İsmayıllının bu cür surətlə inkişafına hələ də qısqanclıqla yanaşanlar vardır. Rayon rəhbərliyi haqqında mənfi münasibət yaratmaq üçün bir çox mövzularda sayələr yayır, rayonun nüfuzuna xələl gətirirlər. Təbii ki, bütün bu dediklərimizə rayon rəhbəri işi, əməli ilə cavab verir. Elə götürək təzə bazar məsələsini.
Qeyd edək ki, onun inşa olunmasına yerli sakinlərə informasiya həmin bədnam insanlar tərəfindən təhrif olunmuş formada təqdim edilib. İsmayıllı sakinləri əsla onun inşa olunmasının əleyhinə deyillər və rayonun indiki inkişafı ilə səsləşən yeni, müasir tələblərə cavab verən bazarın qurulmasının tərəfdarıdırlar. Yeni ticarət mərkəzinin işə düşməsi ilə köhnə bazarın ticarətçilərinin işsiz qalacağı versiyası isə əsassızdır. Onları işdən qovan olmayacaq, iki bazarın hansı birini fəaliyyət meydanı kimi seçmək ixtiyarı özlərinə buraxılacaq.
İcra başçısının vətəndaşların müraciətlərinə qeyri-həssas yanaşması barədə deyilənlərin də həqiqətə uyğun olmadığı təsdiqləndi. Sakinlərlə apardığımız söhbətlərdən məlum oldu ki, başçı həm İcra Hakimiyyətində reqlament üzrə vətəndaşların qəbulunu təşkil edir, həm də kəndlərdə səyyar görüşlər keçirir. M.Sadıqovun xalq üçün əlçatanlığını bir fakt sübuta yetirir ki, onu şəhərin mərkəzi hissəsində piyada gəzən görmək olar. Rayonda olarkən həmsöhbətim olmuş qocaman pedaqoqun bu mövzu ilə bağlı dedikləri yadıma düşdü;
– Biz hələ belə hadisə görməmişik. İcra başçısı rayonu çox vaxt piyada gəzir. Və kim istəyir ona yaxınlaşıb dərdini, şikayətini edir. Əvvəllər ismayıllılar icra başçısını yalnız tədbirlərdə görərdi. Mirdaməd müəllimin bu səmimiyyəti sakinləri həm ona yaxınlaşıb problemlərini söyləməyə ürəkləndirir, həm də onun xalqla bir yerdə olması, ümumən Azərbaycanda hakimiyyət-xalq birliyinin təcəssümü kimi qəbul olunur.
İsmayıllının turizm potensialını daha da gücləndirmək üçün əlavə tədbirlər həyata keçirilir. Məlum olduğu kimi İsmayıllı ölkəmizin ən öndə hesab olunan turizm bölgəsidir. Məhz bunun ucun həm rayon mərkəzində, həm də kəndlərdə abadlıq, quruculuq qarşıya qoyulan ən mühüm vəzifədir.
Zaur Vəliyev,
“Bizim Azərbaycan” qəzetinin baş redaktoru

Şərh Yaz